Baki-xeber.com xəbər verir ki, ziyarət əsnasında Putini Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin və digər rus və azərbaycanlı rəsmilər müşayiət edib. Səfir P.Bülbüloğlu Rusiya prezidentinə mərkəzlə bağlı qısa məlumat verib. Putinin Azərbaycanın tarixi-mədəni mirası ilə əlaqədar layihələri maraqla izlədiyi bildirilir.
P.Bülbüloğlu sovet dövründə də Azərbaycanın nəhəng sərgi mərkəzinin əhəmiyyətli fəaliyyətinin olduğunu deyib. Səfir Heydər Əliyev Fondunun sərginin yenidən qurulması işlərində əhəmiyyətli işlər gördüyünü də qeyd edib.