Cümə günü, 06 noyabr 2026
     

İsrailin Birinci kanalında Xocalı qətliamına həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib

Image


Dünən ilk dəfə İsraildə Birinci Dövlət kanalında pram-taymda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın Xocalı qətliamı haqqında "Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.

Bu filmdə 23 il əvvəl hərbi müxbir qismində Dağlıq Qarabağ münaqişəsi və Xocalıdakı soyqırımı işıqlandıran litvalı jurnalist Riçardas Lapaytisin səfərindən danışılır. Qeyd etmək lazımdır ki, peşəkar operatorun kamerası R. Lapaytisin Xocalı soyqırımı qurbanları ilə görüşlərini qeydə alır. Onlar ona Xocalı sakinləri olan qocalar, qadınlar və uşaqların öz yaxınlarını itirə-itirə Ermənistan silahlı qüvvələrinin bombardmanlarından və amansız qətliamından sonsuz dəhlizlə necə xilas olunmalarından danışırlar. Filmin müəllifi həmçinin soyqırımın təşkilatçıları və günahkarları olan erməni hərbi komandirləri ilə söhbət edir. Onlar amansız hücum strategiyalarından danışırlar və düşüncələrini bölüşürlər. Filmin süjet xətti real insan taleləri üzərində qurulub. Bu insanlar tarixin işgəncələrindən – qanlı Xocalı qətliamından keçiblər, bir çoxları erməni terrorçularının əlindən ölüblər, bəziləri isə Ermənistan Respublikası rəhbərliyinin yaratdığı müasir konslagerdəki qeyri-insani şəraitə baxmayaraq sağ qalıblar.

Fikrimcə, "Sonsuz dəhliz”in İsraildə nümayişi Xocalı həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması işinin yeni mərhələsi üçün yaxşı başlanğıcdır. Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında həqiqətlərin çatdırılması üçün göstərdiyi böyük səylərə baxmayaraq hələ bir çox işlər qalıb. Bu işlər dinamik və fəal şəkildə görülməlidir, bəzən isə dünyadakı erməni diasporuna qarşı aqressiv fəaliyyət göstərmək lazımdır ki, dünya Xocalı haqqında həqiqətləri bilsin. "Sonsuz dəhliz” kimi filmləri daha çox çəkmək və əsas dünya telekanallarında nümayiş etdirmək lazımdır. Faktiki olaraq bu işi bu gün Heydər Əliyev Fondu görür. Bunu alqışlamaq və təşviq etmək lazımdır.

Ötən il Londonda Britaniya Kino və Televiziya incəsənəti Akademiyası festivalında iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalı üçün ədalət” kampaniyasının əsas təşəbbüskarı və promouteri Leyla Əliyeva bu dəhşətli qətliam barədə məlumatların yayılmasının vacibliyini önə çəkmişdi. "Mən "Sərhədsiz dəhliz”i Xocalı soyqırımı dəhşətləri barədə xatirələri birləşdirən və Ermənistan tərəfindən törədilən dəhşətli təcavüzə işıq salan, insanı həyəcanlandıran sənədli film görməyə məmnunam. Əlimizdən gələni etməliyik ki, bir daha belə cinayətləri heç vaxt görməyək”, - deyə L. Əliyeva vurğulayıb.

Dünya Xocalı haqqında həqiqətləri bilməlidir. Bu faciənin amansız səhnələri Azərbaycanın ürəyində həmişəlik iz buraxacaq. Bir gecə ərzində Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalı şəhəri yandırılaraq yerlə yeksan edilib. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Ermənistan silahlı qüvvələrinin və muzdlulardan ibarət dəstələrin şəhəri və ətraf əraziləri tərk edə bilməyən xocalılardan heç kimə aman vermədiyi artıq tarixi faktdır. Erməni hərbi birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 nəfər – qocalar, uşaqlar və qadınlar əsir götürülərək görünməmiş iztirablara və təhqirlərə məruz qalıblar.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Justice for Khojaly” beynəlxalq kampaniyası çərçivəsində İsrail ictimaiyyəti qarşısında, habelə müxtəlif Avropa ölkələrində keçirilən beynəlxalq forumlarda çıxış edərkən mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, bu gün Ermənistanda yüksək vəzifələri tutan insanlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Köçəryan və digərləri Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın ermənilərin mülki əhaliyə əl qaldırmağı bacarmadıqlarını və bu stereotipi məhz Xocalıda sındırdıqları haqqında səmimi bəyanatını xatırlamaq yetərlidir.

Ermənistanın günahlarını Azərbaycanın hüquq-mühafizə orqanlarının malik olduğu yetərli faktlarla yanaşı çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının ələ keçirilməsində iştirak edən erməni hərbçilərinin dedikləri sübut edir. Yaxud da 1996-cı ildə işıq üzü görmüş "Ruhumuzun canlanması” kitabında Xocalı soyqırımına bəraət qazandırmış Zori Balayanın etirafları. Terrorçu Balayan kitabında fəxrlə soyqırım faktlarını, ermənilərin Xocalıda dinc azərbaycanlılara və əsirlərə qarşı təhqirlərini sadalayıb. Bu qudurğan şovinist utanmadan bəyan edib ki, hər bir erməni Xocalıda ermənilər tərəfindən törədilənlərlə fəxr etməlidir. Bu faktlar sübut edir ki, Xocalı şəhərinin dinc sakinləri yalnız azərbaycanlılar olduqları üçün kütləvi şəkildə məhv ediliblər. Xocalı şəhəri Azərbaycan ərazilərinin ələ keçirilməsi və etnik təmizləmənin, dəhşətli qəddarlıq qarşısında qorxu və təşviş yaradılmasının növbəti mərhələsi idi. Günahsız uşaqlar, qadınlar və qocalara qarşı bu qəddarlığın heç bir izahı yoxdur.

Bu gün sirr deyil ki, Azərbaycan xüsusi xidmət orqanlarının məlumatına görə, hərbi əməliyyatlar nəticəsində 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın və 364 qoca itki düşüb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına əsasən, bu insanlardan bəziləri erməni əsirliyində xəstəlikdən ölüblər, digərləri öldürülüb, bəzilərindən isə bu vaxtadək qul kimi ən ağır işlərdə istifadə olunur.

Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovlarla qəddar rəftar, onların qətlə yetirilməsi və işgəncələr verilməsi haqqında çoxlu sayda məlumatlar toplanıb. Ermənistanın hazırkı cinayətkar klanı Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliama görə tam məsuliyyət daşıyır. Bu qeyri-insanlarda nə namus, nə mərhəmət var. Məhz ona görə də bu gün Ermənistanda hakimiyyətdə olan bütün bu terrorçular və hərbi cinayətkarlar beynəlxalq ədalət məhkəməsi qarşısına çıxmalıdırlar.

Heydər Əliyev Fonduna və şəxsən onun vitse-prezidenti, "Xocalıya ədalət” beynəlxalq kampaniyasının əsas təşəbbüskarı və ilhamvericisi olan Leyla Əliyevaya ivrit və ingilis dillərində "Sonsuz dəhliz” sənədli filminin İsrailin Birinci kanalına yol tapması üçün göstərdiyi böyük səylərə görə təşəkkürümü bildirmək istəyirəm. Xatırlatmaq lazımdır ki, "Xocalıya ədalət” təbliğat kampaniyası çərçivəsində "Sonsuz dəhliz” filminin təqdimatı İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin və Bern şəhərlərində keçirilib. Leyla Əliyevanın təşəbbüsü ilə ingilis dilində çəkilmiş film subtitrlə Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub, habelə rus dilinə dublyaj olunub. Bu gün isə film subtitrlərlə İsrail Dövlətinin rəsmi dili olan ivritə tərcümə edilib. İsraildə Xocalı soyqırımı haqqında həqiqətlərin çatdırılması işinə böyük və əvəzsiz töhfə verən hər kəsə təşəkkür edirəm.

Arye Qut

İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr”

qeyri-hökumət təşkilatının rəhbəri,

beynəlxalq münasibətlər sahəsində israilli ekspert

Tel-Əviv



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ