Cümə günü, 06 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ümidlərə işıq...
Tarix: 05.08.2015 / 02:40
Bölmə: Gündəm
Bu yaxınlarda mətbuatda "Kirpi.İnfo" "Molla Nəsrəddin"in mübarizəsini davam etdirəcək" başlıqlı yazını görəndə, elə bil, otuz illik düşüncələrim çiçək açdı. Yazını diqqətlə oxuyanda inandım ki, bəli, "Kirpi.İnfo" "Molla Nəsrəddin"in mübarizəsini davam etdirə bilər, çünki saytın redaktoru öz orijinal ədəbi fikirləri ilə tanınan, ədəbiyyatımızın bu günü, gələcəyi haqqında ciddi fikirlər söyləyən gənc şair, publisist Aqşin Yeniseydir.
Mən "otuz illik düşüncələrim çiçək açdı" fikrimi açıqlayım ki, oxucular nigaran qalmasınlar. Gözümü açıb Azərbaycanda yeganə satira-yumor jurnalı olan "Kirpi" jurnalını görmüşəm. "Hədiyyə" adlı ilk satirik hekayəm də 1969-cu ildə bu jurnalda dərc olunub. Hekayəni o zaman jurnalın baş redaktoru, məşhur yazıçı-satirik Seyfəddin Dağlı bəyənib çap etmişdi. 70-ci illərdə həmin jurnalın redaksiyasında xalq şairi Süleyman Rüstəmin rəhbərlik etdiyi "Kirpiçilər məclisi"nin üzvü idim və deməliyəm ki, həmin məclis haqqında "Ədəbiyyat qəzeti"ndə ilk xəbəri də mən yazmışdım. Süleyman Rüstəmin çox şirin, yumorlu söhbətləri indi də yadımdan çıxmır. Getdikcə ədəbiyyatın satira, yumor janrına daha çox bağlanırdım, bir-birinin ardınca satirik hekayələrim, felyetonlarım dərc olunurdu. Sonralar böyük Sabirin, Mirzə Cəlilin, Haqverdiyevin əsərlərini diqqətlə oxuyub öyrəndikcə başa düşürdüm ki, mənfi tipli insanlara gülməyi bacarmaq o qədər də asan deyil. Gərək bu gülüş ürəkdən gəlsin, həqiqəti əks etdirsin. Bir də, gülüş eybəcərliyin qənimidir. Təsadüfi deyilməyib ki, "bəşəriyyət gülərək öz keçmişindən ayrılır".
Məni son otuz ildə mollanəsrəddinçiliyin, satira, yumorun unudulması, bir ədəbi janr kimi qələm sahiblərinin (bir neçə yazıçıdan başqa) bu sahədə heç bir fəaliyyət göstərməmələri, "az aşım, ağrımaz başım" deyərək, əsl tənqidi axırıncı plana keçirmələri, əvəzində ona-buna təriflər yağdırmaları, ümumiyyətlə, insanların çox hissəsinin satiraya, yumora lağlağı kimi münasibət bəsləmələri, bəzən uzun müddət xalqın, millətin ədəbiyyatın bu janrı ilə heç maraqlanmaması məni çox narahat edirdi.
Satira və yumorun "hörmətdən düşməsi"nin bir səbəbi də efirlərdə, televiziyalarda, mətbuatda gedən şit, bayağı, sözün əsl mənasında əttökən "məzhəkələrdir". Bunların əksəriyyətinin nə mənası var, nə məzmunu... Yüngül insanlar öz yüngüllüklərini nümayiş etdirməkdən başqa heç nəyə qadir deyillər. Beləliklə, onlar bəzi tamaşaçıları da yüngülləşdirirlər. Tamaşaçı elə bilir ki, gülüş elə belə olmalıdır. Hamı anlamalıdır ki, heç bir əsər gülmək üçün yazılmır, düşünmək üçün yazılır.
Həmişə fikirləşirdim ki, C.Məmmədquluzadə, Sabir, onların ibrətamiz əsərləri xalqın yaddaşından çıxa bilməz! Ona görə də "Kirpi.İnfo"nun yaradılması mənim ümidlərimi işıqlandırdı. Sözün qısası, cəmiyyətdə nöqsanlar, çatışmazlıqlar, eybəcərliklər olduğu kimi qalır, hətta bir az da inkişaf edib. Getdikcə pərpətöyün toxumu kimi artan çatışmazlıqlara, nöqsanlara, eybəcərliklərə qarşı hamı, o cümlədən mətbuat da mübarizəyə qalxmalıdır. Doğrudur, cəmiyyətdəki neqativ halların kökünü tamamilə kəsmək mümkün deyil, amma mətbu sözün kəsərindən istifadə etməklə, təsir göstərməklə onları azaltmaq mümkündür.
Qəribədir, sovet dövrünün, necə deyərlər, "asıb-kəsən" vaxtında "Kirpi" kimi kəsərli yazılar dərc edən bir jurnalın fəaliyyət göstərməsi, "Mozalan" kino jurnalının əvəzedilməz süjetləri unudulmazdır. "Kirpi"nin yazılarına, "Mozalan"ın süjetlərinə görə böyük tədbirlər görülürdü, insanlığa zidd hərəkət edənlər ciddi cəzalanırdı. İndi nə olub? Hər şey düzəlib ki, satiraya, tənqidə ehtiyac qalmayıb?
Satira nədir? Satira - roman, povest, hekayə, dram, şeir kimi müxtəlif növlərdə olub, ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin surətdə lağa qoyan ədəbi janrdır. "Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqlardan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir" (V.Q.Belinski).
Satirik əsərdə yazıçı çox vaxt həyatın mənfi tərəflərini qəsdən qabarıq, mübaliğəli, gülməli, bəzən də eybəcər şəkildə təsvir edir ki, bunun nəticəsində həmin mənfiliklərin şərəfli insan həyatına, yüksək qayələrə zidd olduğu, bu mənfiliklərin dözülməzliyi daha aydın meydana çıxır. Odur ki, realistcəsinə yaradılan satirik surətlər həyatdakı mənfi hadisələrə qarşı dərin nifrət və qəzəb hissi oyadır, oxucunu bu cür hadisələrlə mübarizəyə çağırır.
Fransız yazıçısı Fransua Rable (XVI əsr) və ingilis yazıçısı Conatan Sviftin (XVIII əsr) feodal quruluşunu, ruhaniləri, hakim siniflərin ikiüzlülüyünü ifşa edən satirik əsərləri məşhurdur.
N.V.Qoqolun "Ölü canlar", "Müfəttiş", M.U.Saltıkov-Şedrinin "Bir şəhərin tarixi", "Nağıllar" və s. əsərləri çarizmi, təhkimçilik və burjua cəmiyyətini tənqid və ifşa edən klassik satiralardır.
Q.Zakirin "Şuşalılar"ı, Sabirin əsərlərinin çoxu, C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı satiranın əbədi nümunələridir.
Satiranı Aristofan, Plavt, S.Bokarro, M.Servantes, V.Şekspir, U.B.Molyer, H.Heyne, Ç.Dikkens, P.Bomarşe, A.Frans, M.Tven, B.Şou, N.Mann, U.Qoşek, B.Brext, İ.A.Krılov, A.N.Ostrovski, M.F.Axundov, S.Ə.Şirvani, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Möcüz... yazmışlar.
Bir dəfə bir qələm sahibindən soruşdum ki, "niyə heç yerdə satira haqqında yazılmır, söhbət getmir?". Nə cavab versə yaxşıdır: "İndi hamı tərifi sevir, tənqid kimə lazımdır?!". Əslində o doğru deyir. Bircə fakt gətirim. Bir-birini illərlə tanıyan adamlar televiziyada, milyonlarla tamaşaçı qarşısında bir-birinə tərif yağdırırlar! Görmürsünüz, hamı əl çalmaqla, alqışlarla məşğuldur. Əl çalmaq istəməyənlərə də məcburi əl çaldırırlar. Televiziya aparıcıları da çoxdan bu "kampaniyaya" qoşulub. Yeri gəldi-gəlmədi, "filankəsə bir alqış gəlsin" - deyirlər. Adam ikrah edir! Əl çala-çala hara gedirik belə?
Burada bir əhvalatı xatırlatmaq yerinə düşər. Böyük Mirzə Cəlil "Molla Nəsrəddin" məcmuəsini çıxarmaq üçün hazırlıq görəndə birinci sayının materiallarının bir neçə yerini bir qoca teleqrafçıya oxuyur. Qoca teleqrafçı deyir: - Çox yaxşıdır, amma bircə eybi budur ki, sizin məcmuəniz müsəlmanların eybini göstərir, çifayda ki, müsəlmanları tərif etmir. Hər nə yazacaqsınız yazınız, amma müsəlmanları tərifləyin, müsəlmanların yaxşılığını yazın...
Amma məcmuənin ilk sayını alanlar rəngli şəkillərə baxıb gülür, sonra məcmuəni döş ciblərində gizlədirdilər ki, görən olmasın, aparıb evdə oxusunlar...
Demək istəyirəm ki, xalqımız həmişə satiranı, yumoru maraqla qarşılayıb. Ona görə ki, bu insanlar öz eyiblərini görəndə istər-istəməz gülürlər. Onların çoxu da bilmir ki, özləri özlərinə gülür. Əsəbiləşənlər, özündən çıxanlar üçün isə "Molla Nəsrəddin" məcmuəsində yazırdılar: "Yoxsa bu ayinədə əyri görürsən özünü?!".
Amma yazıçı-satirik kimi mənim "təsəllim" böyükdür. Zamanında Mirzə Cəlili, Sabiri, Əbdürrəhim bəyi sevmirdilər, amma indi onlara heykəllər ucaldırlar. Əstəğfürillah, qətiyyən özümü onlarla müqayisə etmək iddiasında deyiləm. Amma mən də bu zamanın nöqsanlarından, eybəcərliklərindən, çatışmazlıqlarından yazıram. Həm də o qədər yazmışam ki, bu yolda bütün ömrüm keçib. Qiymət verənlər də öz "qiymətlərini" veriblər. Yaxşılar yaxşı qiymətləndiriblər, pislər də pis...
Yeri gəlmişkən, Akademik Milli Dram Teatrında "Hərənin öz payı..." adlı pyesimin tamaşası bir neçə il nümayiş etdirildi. Tamaşaların, demək olar, hamısına baxırdım və tamaşaçıların heyrətli danışıqlarını eşidirdim: "Müəllif çox cəsarətlidir", "Bu adam şir ürəyi yeyib" və s. və i.a. Tərifli olsa da, tamaşaçı fikirləridir. Bu mənə bəsdir!
Belə bir məsəl var: "Sözünü birbaşa de". Gərək yazıçı demək, yazmaq istədiklərini birbaşa deməyə, yazmağa, məsələni çox uzatmamağa çalışsın. Bəzi əsərlər təxminən belə cümlələrlə başlanır: "Səhər dan yeri ağarır (səhər dan yeri ağarar də...), sonra günəş çıxır, bir az keçir günorta olur, isti başlayır. Axşamtərəfi hava qaralır (axşamtərəfi hava qaralar də...), buludlar göy üzünü alır". Beş-on səhifə beləcə "hava haqqında məlumat" verəndən sonra başlayırlar ki, bəs əhvalat filan yerdə vaqe olur... On-on beş səhifə də həmin yer haqqında bəzək-düzəkli, "ətraflı", "geniş" yazırlar. Hələ ortada heç bir əhvalat-filan "görünmür". Əhvalata çatana kimi oxucunun ürəyi üzülür. Atır kitabı bir tərəfə, hirslə deyir: "Oxumuram, vəssalam!". İndiki zamanda insanlar nə uzun-uzadı oxumaq istəyir, nə də uzun-uzadı, "ətraflı", "geniş" çıxışlara qulaq asırlar...
Satira, yumor janrı qısa, konkret yazmağı tələb edir. Hər qələm sahibi satira, yumor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışıq tərzinə uyğun, sözçülükdən uzaq olmalıdır. Yəni az sözlə böyük fikirlər ifadə etməyi bacarmaq lazımdır. Gülməli sözlər yazıb kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan kəskin sözlərlə də satira olmaz. Satira, yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə-gülə ağlatmağı, ağlaya-ağlaya güldürməyi bacarmaq lazımdır.
"Kirpi.İnfo"ya mənalı gülüş arzulayıram!
Xeyrəddin QOCA
yazıçı-satirik.
P.S.
Maa elə gəlir, yuxarıda yazdıqlarımın konseptual baxımdan bir mənası var. Olmasaydı, konseptual baxımdan bu yazını yazmazdım. Çünki bir yazı-pozunun ki, konseptual baxımdan mənası olmadı, gərək mütləq konseptual baxımdan ona bir məna verəsən.
Bu "konseptual" sözünü onun-bunun dilindən o qədər eşitmişəm ki, deyəsən, mənim də dil lüğətimə keçib. Amma sözün mənasını əməlli-başlı başa düşmədiyimdən, harada işlənəcəyini ayırd edəmmədiyimdən maa lə gəlir ki, bir də bu sözdən heç bir yazımda istifadə etməyəcəyəm. Əslində bu, konseptual baxımdan belə olmalıdır. Mənasını bilmədiyin sözü harada gəldi işlətməməlisən! Maa elə gəlir... "Maa elə gəlir" sözləri də hardan dilimə pərçim olub, bilmirəm... Bu da bir tərəfdən əsəbləşdirir məni!..
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq
06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...
06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır
– Rusiyadan açıqlama gəldi...
06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
– Hakimdən açıqlama...
06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi
– fond qalmaqalı...
06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu
- zəmanət verilmədən görüş olmayacaq...
06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı
06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi
06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı -
“Yaralı heyvanı sağ qoymaq olarmı?”
06.11.2026 / 06:52
Fransa “dağılır” -
etirazlar yenidən ölkəni bürüdü
05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...
05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdir?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ