Turkish Airlines kompaniyasına aid, İstanbul-Qaziantep reysi ilə uçan sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb. Baki-xeber.com xəbər verir ki, uçuşöncəsi hazırlıqlar zamanı stüardessa oturacaqların birinin altından bomba xəbərdarlığı yazılmış kağız parçası tapıb. Dərhal müvafiq orqanlar məlumatlandırılaraq təyyarə buksirlə neytral zonaya aparılıb. Lakin axtarışlar nəticəsində bu istiqamətdə hər hansı predmet aşkarlanmayıb.
Qeyd edək ki, bu, ilin əvvəlindən Turkish Airlines təyyarələrində yaşanan 6-cı bomba həyəcanıdır.