Türkiyədə daha iki hərbçi şəhid olub. APA-nın xəbərinə görə, Şırnaq vilayətinin Araköy kəndində terrorçular yola quraşdırdıqları partlayıcı qurğunu hərbi avtomobil keçərkən işə salıblar. PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 hərbçi şəhid olub, 1 hərbçi yaralanıb. Bundan başqa, 1 qoruyucu da xəsarət alıb.