Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. "Trend”-in "Anadolu” agentliyinə istindən verdiyi məlumata əsasən, partlayışın səbəbi məlum deyil. Hazırda boru kəmərində qazın nəqli dayandırılıb. Agentliyin məlumatına əsasən, hazırda partlayışdan sonra yaranan yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.