Rusiya BMT-yə Arktikada ərazilərinin genişləndirilməsi ilə bağlı müraciət edib. Alimlər sübut edə bilsə ki, müraciətdə göstərilən yüksəkliklər materikin kənar hissələridir, Rusiya burada resursların işlənməsi hüququ əldə edəcək. Bu barədə baki-xeber.com РИА "Новости”-yə istinadən xəbər verir.
Rusiya Təbii Ehtiyatlar Nazirliyi göstərilən ərazidə 5 milyard ton nisbi yanacaq olduğunu hesab edir. Qeyd edək ki, ötən ilin dekabrında Danimarka və Qrenlandiya da BMT-yə analoji müraciət ünvanlamışdı. Beləliklə ölkə Arktikada 900 kv.km əraziyə iddia etdiyini ortaya qoyub. Arktikada eyni zamanda ABŞ, Kanada və Norveç də ərazi sahibidir.