Rusiya XİN başçısı Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyra Qətər paytaxtı Dohada bir araya gəliblər. Baki-xeber.com bu barədə РИА "Новости”-yə istinadən xəbər verir.
Xin rəhbərlərinin görüşündə bir sıra məsələlər, o cümlədən müxaliflər üçün təhlükə kəsb edəcəyi təqdirdə Suriyanın dövlət orqanlarına aviazərbələrin endirilməsilə bağlı ABŞ hökumətinini son qərarı müzakirə olunub. "Düşünmürəm ki, Birləşmiş Ştatların pozisiyasında dəyişiklik yaratmağa nail oldum. Adətən bu məsələlərdə fikirlərimiz haçalanır”-deyə Lavrov görüş sonrası bildirib.
"Terrorla mübarizədə bir sıra suallar meydana çıxır ki, bu mübarizənin gedişinə əngəl törədir. Çünki bəzi hallarda anlamaq çətindir ki, kim kiminlə döyüşür və kimlər ona əngəl törədir”- deyə Rusiya XİN başçısı daha sonra ikibaşlı danışıb.