Xakerlər ABŞ prezidentliyinə namizəd Donald Trampın saytını dağıdıb. Baki-xeber.com-un Associated Press-ə istinadən xəbərinə görə, amerikan milyarderinin saytı 3 avqustda dağıdılıb , nəticədə sayta giriş əldə edən xakerlər burada amerikan komiki Con Stüarta müraciət yerləşdiriblər.
Trampın nümayəndələri deyiblər ki, sayta hücum ciddi təhlükə daşımır və burada heç bir kompromat xarakterli informasiya yerləşdirilməyib. Lakin elə həmin gün tanınmışların həyatı haqqında dedi-qodu və yenilikləri yayımlamaq üzrə ixtisaslaşmış Gaukar bloqunun saytında Trampın mobil telefon nömrəsi dərc olunub.