Rusiya Hərbi-Dəniz Donanması ilin sonunadək Xəzər dənizində iki beynəlxalq təlim keçirəcək. APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi-Dəniz Donanmasının komandanı, admiral Viktor Çirkov deyib.
Onun sözlərinə görə, sözügedən təlimlərdə Rusiya ilə yanaşı Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək.