Naməlum şəxslər "Odessa özünümüdafiə təşkilatı”nın da yerləşdiyi binada partlayış törədib. Ukrayna XİN-n Odessa vilayəti üzrə idarəsinin mətbuat xidmətinin məlumatına görə, partlayış bazar ertəsinə keçən gecə yerli vaxtla saat 03:30 radələrində əldədüzəlmə qurğunun işə düşməsilə baş verib. Milisin qənaətinə görə, partlayışın gücü 200 qram trotil ekvivalentində olub. Xəsarət alan olmasa da, qapı və pəncərələrə ciddi ziyan dəyib.
Qeyd edək ki, "Odessa özünümüdafiə təşkilatı”nın əksər fəalları şəhər əhalisinin təhlükəsizliyi məqsədilə keçirilən müddətsiz aksiyaya dəstək məqsədilə avqustun 1-də Mariupola gedib.
Baki-xeber.com