Türkiyənin krım-tatar cəmiyyətləri federasiyasının sədri Ənvər Sel Ukraynada müsəlman batalyonunun yaradılmasının Ankarada baş tutan krım-tatar xalqının Ümumdünya konqresinin əsas müzakirə mövzusu olduğunu açıqlayıb. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, Sel xatırladıb ki, batalyonun yaradılması ideyası Ukrayna prezidentinini krım-tatar məsələləri üzrə xüsusi nümayəndəsi Mustafa Cəmilevə aiddir.
Batalyonun əsas missiyasının Krımla həmsərhəd Xersonda dislokasiya olunaraq Ukrayna ilə Krım arasında insanların və yüklərin daşınmasına nəzarət etmək olacağını deyən sədr qeyd edib ki, onda olan məlumata görə, batalyona 1000 nəfərə yaxın insan yazılıb ki, onlar arasında Türkiyədən keçməklə Suriyadan gələn "İslam dövləti” terrorçu qruplaşmasının üzvləri də var. "Bu çox təhlükəlidir, Cəmilev odla oynayır və bununla öz xalqını qanlı müharibəyə sürükləyir”- dyə Sel vurğulayıb.
Bundan əvvəl isə Krım respublikasının baş naziri Ruslan Balbay bildirmişdi ki, Ukrayna Baş qərargahına tabe olacaq, özəyini müsəlmanların təşkil edəcəyi könüllü batalyonu dağılmağa məhkumdur.