Türkiyə Silahlı Qüvvələri PKK separatçı terror təşkilatına qarşı apardığı əməliyyat nəticəsində PKK-nın yüksək rütbəli üzvü və PJAK üzvü olan 2 qadın terrorçu zərərsizləşdirib. APA-nın "Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi mənbələrdən bildirilib ki, PKK-ya qarşı aparılan əməliyyatlarda F-16 və F-4 döyüş təyyarələrindən istifadə olunub. Hərbi mənbədən həmçinin bildirilib ki, Türk Silahlı Qüvvələrin həyata keçirdiyi əməliyyatlarda mülki vətəndaşlar qətiyyən hədəfə alınmayıb və bu kimi iddialar tamamilə əsassız və yalandır: "Bu kimi yalan məlumatlar PKK terror təşkilatının yaydığı dezinformasiyadır”.
Qeyd edək ki, Firat agentliyinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrin Zergele yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində 9 mülki şəxs ölüb, 15 nəfər isə yaralanıb.