Artıq xəbər verildiyi kimi, bir nömrəli terrorçuÜsamə bin Ladenin ailə üzvləri Britaniyada - Hempşir qraflığı yaxınlığnda aviaqəza nəticəsində həlak olub. Baki-xeber.com-a hadisənin təfərrüatları bəlli olub. Belə ki, Milandan gələn və Hempşirdə eniş etmək istəyərkən hələlik bilinməyən səbəbdən partlayan şəxsi təyyarədə Üsamə bin Ladenin ögey anası Raca Haşim, onun qızı Sana bin Laden və Sananın həyat yoldaşı Züheyr Haşim olub. Hadisə nəticəsində onların hər üçü həlak olub. Onlarla birlikdə iordaniyalı pilot Mazen əl Doaja da həyatını itirib. Maraqlıdır ki, dünyanı on illərlə qorxu içində saxlayan bir nömrəli terrorçu Üsamə bin Ladenin bacısı Sana bin Laden böyük bir xeyriyyəçi-filantrop kimi tanınır. Bu fəaliyyətinə görə Səudiyyə Ərəbistanında hətta onu "yetimlərin anası” adlandırıblar. Bir çox uşaq evlərini və yetimxanaları himayə edən Sana bin Laden Üsamə bin Ladenin ögey, məşhur biznesmen Saad bin Ladenin doğma bacısı idi.