Türkiyədə Dağıstandan olan hüquq fakültəsinin tələbəsi saxlanıb. Baki-xeber.com-un "Hürriyet" qəzetindən əldə etdiyi xəbərə görə, Suriya sərhədini keçib İŞİD-ə qoşulmaq niyyətində olan gənc yanlış göndərdiyi sms-lə özünü ələ verib. Belə ki, ata-anasına göndərdiyi sms-də "Ankaranın 2 kilometrliyində dəniz sahilində dincəlirəm” yazan gəncin ailəsi Ankaranin dəniz sahilində yerləşmədiyinin fərqinə vararaq şübhələnib və təcili Türkiyəyə uçub. Türkiyə hərbi qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində cümə günü coğrafi biliklərdən kasad tələbə ələ keçirilərək Trabzonda valideynlərinə təhvil verilib.