Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır. Diplomatik missiyadan "Trend”-ə verilən məlumata görə, səfirlik Azərbaycan Qars şəhərindəki Baş konsulluğu ilə birgə Türkiyənin hüquq-mühafizə orqanlarından bu məlumatı yoxlayır.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərə görə, ötən gecə naməlum silahlı şəxslər Qars-Ərzurum-İğdır magistralında 70 sərnişini olan avtobusu saxlayıblar. Saxlananlar arasında azərbaycanlıların da olduğu bildirilir. Sərnişinləri bir neçə saat saxlayandan sonra qiymətli əşyalarını və sənədlərini alaraq özlərini sərbəst buraxıblar.