Obama administrasiyasında hesab edirlər ki, ölkə Çindən amerikalıların şəxsi hesablarını qıraraq oğurlayan hakerlərə görə hesab sormalıdır. Baki-xeber.com-un məlumatına görə, bu barədə Kommersant.ru "New York Times” qəzetinə istinadən xəbər verir. "Biz Çin hökumətinin hərəkətlərinə reaksiya verməli olduğumuz qənaətinə gəlmişik”- deyə mənbə bildirib. Eyni zamanda qeyd edib ki, "Haker hücumları ilə mübarizədə diplomatik etirazlardan başlayaraq bütün vasitələrdən istifadə etmək lazımdır”.
Artıq xəbər verildiyi kimi, iyun ayında FTB federal agentliyin serverinin dağıdılması faktı üzrə araşdırmalara başlayıb. Həmin haker hücümü nəticəsində ABŞ-ın Kadrlar idarəsinin 4 milyon əməkdaşının şəxsi işləri oğurlanmışdı.
Xüsusi xidmət orqanlarına aid məlumatların sızmasından sonra Obama administrasiası bəyan edib ki, məxfi qrifi altında işləyən əməkdaşların məlumatları xüsusi mühafizə altında olduğundan sızmaya məruz qalmayıb. Lakin çox keçmədən Konqresdən olan məmurların bir qismi və xüsusi xidmət orqanlarının əməkdaşları Çin hökumətinin əldə etdiyi məlumatlar əsasında agentlərin kimliyini aşkarlaya biləcəyindən narahatlığını bildirib.