APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci kilometrliyində "Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes” markalı yük avtomobilinə çırpılıb. Nəticədə deformasiyaya uğramış "Opel” markalı minik avtomobilinin 5 nəfər sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.