Bill və Hillari Klintonlar 2007-2014-ğü illər ərzində gəlirlərini açıqlayıblar. Baki-xeber-in Reuters-ə istinadən xəbərinə görə, bu məbləğ 140 milyon dollar təşkil edib. Hillari Klinton bunun 43,6 milyon dollarının vergi şəklində ödəndiyini deyib. Daha 15 milyon isə Clinton Foundation xəttilə xeyriyyə məqsədlərinə sərf olunub. Xanım Klinton bildirib ki, əldə etdiklərinə görə Amerikaya və onun yaratdığı şəraitə borcludurlar.
Vergi deklarasiyalarına görə, cütlüyün büdcəsində eniş 2008-ci ildə qeydə alınıb. Həmin ildə xanım Klinton prezidentləyə namizədliyini vermiş və Barak Obamaya uduzmuşdu. Belə ki, 2007-ci ildə onların gəliri 21 milyondan 7 milyona düşüb.
Klintonların gəlirləri əsasən mühazirələrindən gəlir. Təkcə 2013-cü ildə bu yolla onların ailə büdcəsinə 22,85 milyon dollar daxil olub. Hillari Klintonun hər çıxışı ona 225 min dollar qazandıdıb, Bill Klintonunun çıxışlarından əldə olunan vəsait isə 125-170 min dollar arasında tərəddüd edib.
ABŞ-ın 42-ci prezidenti son illər ictimai-siyasi fəaliyyətlə məşğuldur. Eyni zamanda o, güclü siyasətçilərin, bankirlərin və iri korporasiya sahiblərinin təmsil olunduğu komissiyanın üzvüdür. Komissiya dünya problemlərinin həll yolunun axtarışları ilə məşğul olur.
Prezidentliyə namizəd Hillari Klinton 2007-ci ildə Nyu-York ştatının senatoru olub. 2009-2013-cü illərdə isə dövlt katibi vəzifəsini tutub.
ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı il tarixdə keçiriləcək.