Qars-Ərzurum-İqdır şosse yolunda xəndək qazan PKK-çı qrup yolu bomba ilə partladaraq keçilməz hala gətirib. Baki-xeber.com-un "Sözcü" qəzetinə istinadən xəbərinə görə, bundan sonra yolda qalan bələdiyyə avtobusu və şəxsi avtomobillərdən düşürdükləri 70-ə yaxın sərnişini girov götürüblər. Maşınları isə gülləbaran ediblər. Girovlar 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb. Sərbəst buraxılan vətəndaşlar Karakurt girişindəki mühafizə güclərinə sığınıb.