Abş prezidentliyinə potensial namizəd Donald Tramp, prezident seçiləcəyi təqdirdə, ökələr arasındakı gərginliyə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibət quracağına əmin edib. Baki-xeber-in NBS-ə istinadən xəbərinə görə, bu barədə multimilyoner 30 iyul tarixində Şotlandiyaya qolf turnirində iştirak məqsədilə səfəri ərəfəsində bildirib. "Düşünürəm, Putinlə münasibətləri yoluna qoya biləcəyəm. O Obamaya nifrət edir, Obama da ona. Arada çox pis münasibət var"- deyə Tramp qeyd edib. O eyni zamanda əlavə edib ki, bu gərginləşmədə 2009-2013-cü illərdə dövlət katibi olmuş, Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun da "rolu" olub.
30 iyul tarixinə qədər sosioloqların dərc etdiyi sorğu nəticələrinə görə, Tramp prezidentliyə namizədlər arasında liderdir. Biznesmeni partiya elektoratının 20 faizi dəstəkləyir. Namizədlər siyahısında ikinci yerdə 13 faiz səslə Viskonsin ştatının qubernatoru Ckott Uoker gəlir, onu isə 10 faiz səslə Florida ştatının qubernatoru, ABŞ-ın 43-cü prezidendinin qardaşı Ceb Buş "izləyir".
ABŞ-da seçkilər 8 noyabr 2016-cı ildə keçiriləcək. Həmin ilin iyul ayında Demokratlar və Respublikaçılar partiyaları namizədlərini açıqlayacaq.