Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri avqustun 3-də Dohada görüşəcəklər. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, görüşün əsas müzakirə mövzusu Suriyadakı münaqişənin nizamlanması olacaq.
Bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib. O əlavə edib ki, danışıqlarda Səudiyyə Ərəbistanının nümayəndələrinin iştirak edəcəyi gözlənir.
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri görüşlərdə İranın addımları vəSuriyadakı vəziyyətin əsas müzakirə mövzusu olacağını bildirib.