İsrail tərəfinin təşəbbüsü ilə cümə axşamı bu ölkənin baş naziri ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Baki-xeber.com-un Rusiya KİV-inə istinadən xəbərinə görə, telefon danı.ığında tərəflər Yaxın Şərqdə vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. RF başçısı Rusiya ərazisində fəaliyyəti qadağan olunan "İslam Dövləti” terrorçu qruplaşmasına qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb.