Gürcüstan hökuməti Avropa İttifaqı Şurasının antirusiya sanksiyalarının daha bir il müddətinə uzadılması ilə bağlı qərarını dəstəkləyir. Baki-xeber.com bu barədə "sputnik”ə istinadən xəbər verir. Sözügedən ölkənin avrointeqrasiya məsələləri üzrə dövlət naziri David Bakradzenin sözlərinə görə, Gürcüstan bu sanksiyalara çoxdan qoşulub.
"Sanksiyalar təxminən ay yarım bundan əvvəl Avropa İttifaqı tərəfindən uzadılıb və təbii ki, biz bu qərarı dəstəkləyirik ”- deyə gürcu nazir bildirib.
Bundan əvvəl isə Gürcüstanın bu qərarı dəstəkləməsi barədə informasiya təkzib olunurdu. Buna səbəb Avropa İttifaqının Gürcüstanən yeni sanksiyalara qoşulması barədə məlumatı olmuşdu və bununla da məsələdə anlaşılmazlıq yaranmışdı.