Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Azərbaycan haqqında söylədiyi fikirləri şərh edərkən deyib.
O, qeyd edib ki, Ş.Koçaryanın söylədiyi fikirlər xüsusi şərhə layiq olmasa da, bu şəxsin institusional yaddaş zəifliyindən əziyyət çəkdiyini görərək ona küçələrə çıxaraq paytaxt Yerevan və ölkəni bürümüş kütləvi iğtişaşlara baxmağı xatırlatmaq istərdik: "Demokratiya, insan hüquqları və tolerantlıq Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur, o ki qaldı digər dövlətlər barəsində şərh verilsin".