Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi gəmiləri artilleriya atəşlərini və gəmi məşqlərini həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri üzrə Mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Dıqalo deyib.