Azərbaycanda Müdafiə Nazirliyinin tutulan yüksək rütbəli hərbçilərinin kimliyi və nədə ittiham olunduqları məlum olub. Trend-in məlumatına görə, bunlar Baş Hərbi İnspeksiyanın Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Musayev və İnspeksiyanın Planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Məmmədlidir.
S.Ağayev və Ə.Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), R.Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər.