"Trend" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində inşa edilən binanın 10-cu mərtəbəsindən orada işləyən Bakı şəhər sakini Mirhəmid Mehdiyev ehtiyatsızlığı nəticəsində yıxılıb. M.Mehdiyev aldığı xəsarətdən hadisə yerində keçinib.