RBK-nın jurnalisti Aleksandr Sokolov, "Duel” qəzetin sabiq redaktoru Yuri Muxin və onun silahdaşı Valeri Parfenov referendum keçirilməsinin lehinə çıxış edən qadağan olunmuş təşkilatda iştiraklarına görə Moskva məhkəməsi tərəfindən həbs edilib.
APA-nın xəbərinə görə, bu barədə RBK məlumat yayıb.
Məlumata görə, onlar Moskva məhkəməsinin 2010-cu ildə ekstremist kimi tanıdığı və qadağan etdiyi "Xalq iradəsinin ordusu” təşkilatının fəaliyyətini davam etdirməkdə təqsirli bilinir.