Türkiyənin Hakkari vilayətində naməlum şəxslər ölkənin Milli Kəşfiyyat Agentliyinin (MİT) regional şöbəsinin binasına hücum edib. "Trend"-in "Sabah” qəzetinə istinadən verdiyi məlumata əsasən, hücum nəticəsində xəsarət alanlar olmasa da, bina ciddi zərər görüb. Hadisə barədə əlavə məlumat verilmir.