ABŞ Konqresinin Senatı 29 iyul tarixində dəniz piyada korpusunun komandanı Ğozef Danfordu Birləşmiş ştab rəisləri komitəsinin başçısı təyin edib. Baki-xeber.com-un Reuters-ə istinadən xəbərinə görə, bu postda Danford sentyabrda vəzifədən gedəcək ordu generalı Martin Dempsini əvəzləyəcək.
Daha əvvəl Danford Senatda dinləmələr zamanı Rusiyanı əsas təhlükə adlandırmaqla gündəmə gəlib. Onun sözlərinə görə, Rusiya Amerika müttəfiqlərinin suverenliyinə hədə yaradacaq həddə nüvə arsenalına malikdir. Eyni zamanda o, Ukraynaya uçuş silahlarının göndərilməsinin də tərəfdarı kimi çıxış edib.
Danford ABŞ-ın dəniz piyadaları korpusuna ötən ildən başçılıq edir. 2013-2014 tarixlərində isə Beynəlxalq güclərin Əfqanıstanda təhlükəsizlik qüvvələrinə rəhbərlik edib.