"44 ölkənin könüllülərindən ibarət Qəzzaya humanitar yardım aparan onlarla sayda gəminin Qəzza sahillərində İsrail ordusu tərəfindən pərən- pərən salınmasının məsuliyyəti tək Natenyahunun vicdanında deyil. Həm də "Sumud "adı qoyulmuş bu donanmanın üzvlərinin qoltuqlarənın altına verərək onları qeyri - bərabər qarşıdurmaya göndərənlərin vicdanındadır." Bu fikirləri "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində paylaşıb. A.Quliyev daha sonra yazır: "Demirəm ki, Qəzzada misilsiz soyqırım yaşayan insanları unutmaq lazımdır. Xeyr...Yenə xeyr... Dediyim odur ki, bu könüllüləri ora göndərənlər öncədən məsələnin ətrafında elə beynəlxalq, siyasi aura yaratmalı idilər ki. Natenyahu humanitar donanmaya güc tətbiq edəcəyi halda nələrlə üzləşə biləcəyindən qorxsun. Ancaq bu atmosfer yaradılmadı, Natenyahu heç kimdən qorxmadı, bildiyini etdi, çoxunu geri qaytardı, həbs etdi, hələ üstlərinə ad da qoydurdu ki, "HƏMAS- la əlaqələri var". Bundan sonra çətin ki, bir daha hansısa ölkələrin könüllüləri Qəzzaya bu sayaq yardım aparmaq fikrinə düşsünlər. Natenyahu da öz növbəsində belə addım atanlara qarşı daha qətiyyətli və amansız olacaq.Qısası , " Sumud " donanmasının arxasında duranlar boş sözlərdən başqa heç nə edə bilmədiklərini ortaya qoydular və əslində Qəzzalıların ümidini qırdılar. İndi xüsusilə qardaş Türkiyənin bəzi televiziyaları və siyasıtçiləri başlayacaqlar ki, "bəs dünyanın diqqətini bir daha İsrailin vəhşiliklərinə cəlb etdik, qəzzalılara ruh verdik ki, siz tək deyilsiniz və sair .".. Real nəticə hanı? Mən insanları qızışdırıb, həvəsləndirib qeyri- bərabər qarşıdurmalara atmağın bir adını bilirəm- " avantüra".Vəssalam....!!!!"
Mətləb