Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin payız sessiyasındakı çıxışı zamanı mühüm fikirlər səsləndirib. Türkiyə lideri bəyan edib ki, PKK terror təşkilatının özünü buraxmaqla bağlı bəyanatı və silahların simvolik şəkildə məhv edilməsi ölkə gündəmindən terrorizm təhlükəsinin tam çıxarılacağı günü yaxınlaşdırıb. Ərdoğan xatırladıb ki, 1984-cü ildən bəri terrorizmə qarşı mübarizədə on minlərlə Türkiyə vətəndaşı həlak olub, ölkə iqtisadiyyatı 2 trilyon ABŞ dolları həcmində zərər görüb.
Mətləb Salahov