Mətləb Salahov: “Makronla şübhəli yazışmalar 66 yaşlı xanım siyasətçi üçün skandal siyasi sonluq ola bilər”
Avropa Komissiyasının sədri Ursula fon der Leyen artıq bu dəfə möhkəm “tora düşüb”. Çünki bu qocaman alman siyasətçi indi də Fransanın prezidenti Emmanuel Makronla şübhəli yazışmalarda ittiham olunur. Zaman-zaman Avropa Parlamentindəki rəqiblərinin hücumuna məruz qalan xanım siyasətçi görünür bu dəfə dünya siyasətində uğursuz blefləri ilə “məşhurlaşan” Yelisey sahibinin güdazına getmək üzrədir. Artıq onun rəqibləri ələ düşmüş bu fürsəti çətin boşa versinlər. Şübhəli yazışmaların ana xəttini nə təşkil edir? Məsələnin qaranlıq və vacib tərəfi də məhz budur.” Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun fikrincə, şübhəli mesajların üzə çıxarılması üçün edilən çağırışlar, hətdda avroparlamentin Macarıstandan olan deputatı Kinqa Qalın öz sosial media hesabında bu prosesin yaxın vaxtlarda sürətlənəcəyi barədəki bəyanatı da 66 yaşlı Ursula fon der Leyen üçün işlərin qorxunc istiqamətə gedəcəyini göstərir.
“Yəqin diqqətli oxucularımız yaxşı xatırlayırlar: hələ bu ilin may ayında Avropa Ədalət Məhkəməsi fon der Leyeni 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin satın alınmasına dair müqavilələr haqqında məlumatları gizlətməkdə günahlandırmışdı. Məhkəmə həmçinin Leyen və "Pfizer"in rəhbəri arasındakı mesajların açıqlanmamasını əsaslandırmadığı üçün qərar vermişdi. Bundan başqa, Avropa Komissiyasının rəhbəri bir çox korrupsiya aktlarının müəllifi kimi də dəfələrlə ittiham hədəfi olub. Amma bu dəfə vəziyyət tam fərqlidir. Əgər gizli yazışmalar daha skandal faktları ortaya çıxararsa o zaman bu 66 yaşçlı xanım siyasətçi üçün siyasi sonluq olacaq”.
Namiq Quliyev