Cümə axşamı günü, 01 oktyabr 2026
     

Vüqar Rəhimzadə: Azərbaycanın bütün uğurları, zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir

Image


Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsindəyik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azadddır, dirçəlir, mərhələli şəkildə sakinlərinə qovuşur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda, Şuşada, Xankəndidə üçrəngli Bayrağımızın dalğalanması idi. Təbii ki, bu gün sonsuz qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar çağdaş Azərbaycan tarixinin faciəli səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə Azərbaycan nəinki müstəqilliyini, hətta bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayırdı.1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirməyi bacarmayan həmin dövrün iqtidarı xalq arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənən və bu təhlükəli proseslərin qarşısını ala bilməyəcəyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər Əliyevdən imdad istədi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı. Xalqın məhəbbətini qazanan Ümummilli Lider Heydər Əliyev yaddaşlarda qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq. Çoxəsrlik tariximizdə taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan görgəmli şəxsiyyətlər arasında Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış, dahi şəxsiyyət Heydər Əliyevin rolu misilsizdir. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gələrək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini əbədi etdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı bu mühüm məqamı xüsusi qeyd edib ki, hər bir ölkənin, xalqın həyatında dönüş nöqtələri olur. Çağdaş Azərbaycanın tarixində belə dönüş nöqtələri Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bərabər, 1992-ci il noyabrın 21-də xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının müraciəti əsasında Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Təsis konfransını obyektiv səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Ümummilli Lider Heydər Əliyevin partiyanın Sədri seçilməsi Azərbaycanın qarşısında geniş imkanlar açdı. Yeni Azərbaycan Partiyasının yaradılmasından çox keçmədi ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Artıq həm ölkəmiz, həm də Yeni Azərbaycan Partiyası üçün yeni dövr başladı.

Azərbaycanın tarixində, xalqımızın taleyində dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərdən biri də məhz 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası olan tarixi seçimini etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev həmin ayın 10-da keçirilən andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Millət vəkili onu da əlavə edib ki, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi idi. Hakimiyyətə qaydışının ilk günündən bu çağırışı etdi ki, suverenliyimizi və müstəqilliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayanları deyil, eyni zamanda, bütün dünyadakı azərbaycanlıları vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi. 2001-ci ildə Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Həmin vaxtdan etibarən hər 5 ildən bir dünya azərbaycanlıları qurultaylarını keçirərək ötən beş ilin hesabatı fonunda qarşıdakı dövrün hədəflərini müəyyənləşdirdilər. Son beş ilin qürurverici hadislərindən biri məhz dünya azərbaycanlılarının Şuşada bir araya gələrək V Qurultaylarını - Zəfər Qurultayını keçirmələridir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət gələcək hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərimizin həllinə yönəldi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində hazırda tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Milli Məclisin deputatı bildirib ki, Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyasının uğurları bu gün Azərbaycanın dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi. Azərbaycana inam artdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artdı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da dahi rəhbərin bugünümüzə və gələcəyimizə hesablanmış addımları sırasındadır.

Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrin inkişafına xidmət edən təşəbbüslərdir.

Millət vəkili vurğulayıb ki, 3 oktyabr 1993-cü ildən başlanan yolun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu uğurlar davamlılığı ilə diqqətdədir. Çünki dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurların davamlılığını təmin etdi. Həmin müraciətdə Ulu Öndər Heydər Əliyev belə bir əminliyi ifadə etdi ki, Mənim axıra çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq. 2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin uğurlu davamıdır. Cənab İlham Əliyev 2003-cü ilin prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etdi ki, Azərbaycanın daha da qüdrətlənməsi üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, zənginləşdirəcək, zəfərlərə doğru aparacağıq.

Bu gün Azərbaycan tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Ümummilli Liderin ordu quruculuğu sahəsində yaratdığı möhkəm təməl rəşadətli Silahlı Qüvvələrimizin 44 gündə 30 ilin işğalına son qoymasını, 27 il icrasını gözləyən BMT qətnamələrinin həyata keçirilməsini təmin etdi. Tarixi Zəfərimizdən sonrakı dövrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə imza atdığımız hər bir uğur son nəticədə Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanın formalaşmasına gətirib çıxardı. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktına cavab olaraq Azərbaycan Ordusunun bir sutkadan az müddətdə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasını böyük qürur hissi ilə qeyd edirik. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizdə prezident seçkilərinin keçirilməsi, dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi tariximizin ən qürurverici hadisləridir. Son 5 ildə sadalamaqla bitməyən böyük işlər görülüb. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. “Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”. Dövlət başçısı İlham Əliyevin bu günlərdə tarixi Zəfərimizdən sonra ilk dəfə dünyanın ən ali kürsüsündən - BMT tribunasından səsləndirdiyi bu çağırış Azərbaycanın 1993-cü il 3 oktyabr tarixindən başlanan tərəqqi və Zəfər yolunun aydın mənzərəsini təqdim edir. Hər bir hədəfə ardıcıllıqla nail olan Azərbaycanın bütün uğurları, zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ