Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında ötən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL təyyarəsi barədə danışıb. K.Əliyev qeyd edib ki, hazırda ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işi davam edir. O bildirib ki, Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən bu işin istintaqı aparılır, birgə əməkdaşlıq edilir: "Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq".
Mətləb Salahov