"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində Donald Trampın Qəzza planı barədə paylaşım edib. A.Quliyev yazır: "Cənab Trampın 20 maddəlik Qəzza həll planına hələ HƏMAS- dan konkret reaksiya çıxmamışdan Natenyahu bəyan etdi- "Biz Qəzzadan çıxmayacağıq".... Məncə bundan sonra Trampın planının uğur qazanıb - qazanmayacağı üzərində debatlar açmaq mənasızdır.... Bir məsələ də var.Avropa birliyi, Fransa, Britaniya, İspaniya, İtaliya, azı 8 ərəb dövləti və Türkiyə bəyanat verərək Trampın Qəzzada sülh çabalarına dəstək verdiklərini və bu işə öz töhfələrini qatmağa hazır olduqlarını deyiblər. İfadələri düz başa düşmək lazımdır. Hələlik bu dövlətlər "Trampın 20 maddəlik planının Qəzza böhranını həll edəcəyinə inanırıq" deməyiblər. Bunu demək başqa şeydir, Trampın sülh çabalarını dəstəkləmək ayrı şeydir...."
Mətləb