TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11-də başlanıb 2 saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi və "İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.