Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidcanov mühüm məlumatla çıxış edib. O diqqətə çatdırıb ki, Azərbaycan Medianın İnkişafı Agentliyi və Özbəkistan Prezidenti Administrasiyası yanında KİV üçün Məzmun Hazırlama Mərkəzi əməkdaşlıq memorandumu imzalamağı planlaşdırırlar. D.Saidcanov vurğulayıb ki, belə bir sənəd iki ölkənin media sahəsində qarşılıqlı fəaliyyətini gücləndirməyə imkan verəcək: "Biz daha böyük uğurlar əldə edə biləcəyik, iki ölkənin jurnalistləri və media mütəxəssisləri sıx əməkdaşlıq edəcəklər".
Mətləb Salahov