COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı bəyan edib ki, Azərbaycanın yeni iqlim planları var. Onun sözlərinə görə, bu planların əsas hədəfi iqlim dəyişikliyinə qarşı mübarizədir. M.Babayev Bakıda keçirilmiş COP29-da yaşıl iqtisadiyyata keçidin də geniş müzakirə edildiyini xatırladıb: "Azərbaycan yaşıl energetika sahəsinə sərmayələr qoyur. Bu istiqamətdə hədəfləri və milli prioritetləri müəyyən edirik".
Mətləb Salahov