şənbə günü, 21 noyabr 2026
     

Anım Günü Azərbaycanın haqq və şərəf işi olan ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizənin simvoludur

Image


“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycana qarşı 200 ildən artıq ərazi iddiaları və düşmənçilik siyasəti aparan Ermənistan ötən əsrin əvvəllərində Zəngəzura və digər tarixi torpaqlarımıza sahib olduqdan sonra növbəti işğal planlarını həyata keçirməyə çalışmış, ötən əsrin 90-cı illərində bölgədə və ölkəmizdə yaranmış siyasi şəraitdən və həmin dövrdəki yarıtmaz hakimiyyətin səriştəsizliyindən istifadə edərək Qarabağı və Şərqi-Zəngəzuru ilhaq etməyə nail olmuşdur.

Xarici havadarları tərəfindən silahlandırılan ermənilər bir milyon soydaşımızı doğma yurd-yuvasından didərgin salaraq Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi öz qəsbkar siyasəti ilə dinc əhalini amansızcasına qətlə yetirmiş, Azərbaycanın mədəni irsini məhv etmiş, yüzlərlə yaşayış məntəqəsini vandallığa məruz qoymuşdur. Xocalı, Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.

30 il ərzində beynəlxalq ictimaiyyətin “ikili standartlar” siyasətinə, o cümlədən ATƏT-in Minsk qrupunun münaqişənin həllinə yox, dondurulmasına xidmət edən fəaliyyətinə arxalanan İrəvan aparılan sülh danışıqlarına məhəl qoymayaraq hətta yeni ərazi iddialarına dair sərsəm bəyanatlar verirdi. Beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən işğal faktına dair qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi üçün uzun illər fasiləsiz səylər göstərmiş, ancaq bu sənədlər 27 il kağız üzərində qalaraq icra olunmamışdır.

Nəticəsiz danışıqlar birmənalı olaraq onu şərtləndirirdi ki, Ermənistan vaxtı uzatmaqla status-kvonu möhkəmləndirməyə, işğalı əbədiləşdirməyə çalışır. Eyni zamanda, ərazilərimizdə təxribatlar törətmək və təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəşlər açmaqla Azərbaycanı işğalla barışmağa məcbur etmək istəyirdi.

İşğalla heç zaman barışmayacağını bəyan edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanın daim güclənən iqtisadi potensialını nümunəvi və peşəkar Zəfər Ordusunun formalaşmasına yönəltdi, Ulu Öndər Heydər Əliyevin ali tapşırığı olan torpaqlarımızın azad edilməsi yolunda bütün səylərini birləşdirdi.

Prezident İlham Əliyev 17 il ərzində dayanıqlı iqtisadi arxitekturanı möhkəmləndirdi, onun düzgün strategiya və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi daha da artırdı, respublikamız iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən və ya beynəlxalq maliyyə qurumundan asılı olmayan güclü dövlətə çevrildi. Bu qüdrətli yüksəliş təminatı ordu quruculuğunda da əsaslı dönüşə səbəb oldu, bütün vəzifələri yerinə yetirməyə qadir Silahlı Qüvvələr bərqərar oldu.

2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz Ermənistana sarsılmaz gücünü nümayiş etdirdi və işğalın tezliklə bitəcəyinin, Qələbənin ilk anonslarını verdi. Bu döyüşlərdən və üzləşdiyi ağır itkilərdən nəticə çıxarmayan İrəvan hakimiyyəti təxribatlarını davam etdirməklə, Azərbaycanın digər ərazilərinin işğalı bəyanatları verməklə müharibə hərəkatını alovlandırdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutan Ermənistan ölkəmizə qarşı növbəti təcavüzə başladı. Ordumuzun hərbi qulluqçularının və 11 dinc sakinimizin, o cümlədən iki uşağın həlak olması ilə nəticələn bu diversiya aktını dəf etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək, hərbi təcavüzə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün əks-hücuma keçmək əmri verdi.

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, hərbi müstəvidə əldə edilən qələbənin növbəti fazası siyasi müstəvidə davam etdirildi və nəticədə 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, qan tökülmədən Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və hərbi infrastrukturunun zərərsizləşdirilməsi, azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı həyata keçirildi.

Beləliklə, Prezident İlham Əliyev Zəfərin nidasını qoyaraq Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin qanını yerdə qoymadı, tarixi ədaləti, beynəlxalq hüququ və haqqı, Azərbaycanın dövlət suverenliyini və Konstitusiya quruluşunu təmin etdi. Ali Baş Komandan ərazilərimizin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına yüksək ehtiramın əlaməti olaraq müxtəlif orden və medallarla təltif edib. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin təsis olunmuş 15 medal Vətən müharibəsində qələbəmizi təmin edən igidlərə verilən ali dəyərin rəmzlərindən biridir.

Dövlət başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Anım Günü kimi qeyd edilməyə başladı ki, bu da Zəfər salnaməmizi xalqımızın və gələcək nəslin milli yaddaşında daimləşməsini təmin etməkdədir.

Azərbaycanın qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektar ərazidə salınan Zəfər Parkının girişində hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı və muzey ötən ilin noyabrında istifadəyə verilib. Münaqişə bitib və artıq Azərbaycan və Ermənistan sülh gündəliyinin son akkorduna – dayanıqlı barış, regional əməkdaşlıq və rifah cəmiyyətinin qurulmasına yönələn qətiyyətli səylər nümayiş etdirir. Avqustunda 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanması tarixi anlaşma olmaqla uzunömürlü regional sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik sahələrində yeni imkanlar açmaqdadır.

30 il səmərəsiz fəaliyyəti ilə etimadsızlıq təsisatına çevrilmiş ATƏT-in Minsk qrupunun ləğv olunması da Azərbaycan və Ermənistan arasında dinc qonşuluq mühitində münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir. Prezident İlham Əliyevin təkrarolunmaz unikal siyasi zəkası və sarsılmaz qətiyyəti, dəmir iradəsi sayəsində Azərbaycan qazandığı Zəfəri siyasi mübarizə meydanında da qalibiyyətlə bitirərək regiona sülh və sabitlik, beynəlxalq hüquqa isə ədalətlilik prinsiplərini gətirdi.

Ramid Namazov

Milli Məclisin deputatı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ