Ermənistanda hazırkı hakimiyyət əleyhinə ciddi hərəkətlər yaşanır. Erməni mediasının yazdığına görə, hazırda parlament binası qarşısında Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya keçirilir. Radikal ünsürlərin çoxluq təşkil etdiyi aksiyada N.Paşinyan əleyhinə şüarlar səsləndirilir, onun "Ermənistana xətanət edən siyasət" yürüdüldüyü deyilir. Polis artıq aksiyanı nəzarətə götürüb.
Mətləb