Cümə axşamı günü, 01 oktyabr 2026
     

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açılıb

Image


Özbəkistanda Azərbaycan elminin görkəmli nümayəndəsi, professor Şaqibə Əhmədovanın 100 illik yubileyi münasibətilə Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda onun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası istifadəyə verilib. Auditoriyanın yaradılması təşəbbüsü Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məxsusdur. Bu barədə Mədəniyyət Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədbirdə institutun prorektoru, dosent Azizcan Berdumuradov çıxış edərək yeni auditoriyanın açılmasını institutun tarixində mühüm hadisə kimi dəyərləndirib. O, bu addımın Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf yoluna diqqət çəkib. O bildirib ki, müstəqillik illərində formalaşmış bu əlaqələr qarşılıqlı etimad və səmimiyyət prinsipləri üzərində qurulub, xüsusilə son illərdə hər iki dövlət başçısının siyasi iradəsi və uzaqgörənliyi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Diplomat vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan təkcə siyasi və iqtisadi sahələrdə deyil, mədəniyyət, elm, təhsil və humanitar əməkdaşlıq müstəvisində də genişmiqyaslı layihələr həyata keçirir. Bu istiqamətdə universitetlərarası münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən səfir, Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda Azərbaycanşünaslıq auditoriyasının yaradılmasını iki xalq arasında elmi və mədəni inteqrasiyanın bariz nümunəsi kimi dəyərləndirib.

H.Quliyev çıxışında tarixi köklərə də nəzər salaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu ortaq mədəniyyət, ədəbiyyat və dini-mənəvi dəyərlərlə bir-birinə bağlı olmuş, çətin zamanlarda bir-birinin yanında dayanmışdır. O, xüsusilə Ümummilli Lider Heydər Əliyevin özbək xalqına olan münasibətindən, onun təşəbbüslərinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsindəki rolundan danışıb.

Səfir, azərbaycanlı alim və ziyalıların Özbəkistanın ictimai-siyasi, elmi və mədəni həyatında oynadığı rolu yüksək qiymətləndirərək, professor Şaqibə Əhmədovanın da bu silsilədə seçilən görkəmli simalardan biri olduğunu qeyd edib. Onun Səmərqəndin elmi mühitində və ictimai həyatında mühüm xidmətlər göstərdiyini vurğulayan H.Quliyev, Əhmədovanın adının institut auditoriyasına verilməsini həm xatirəyə ehtiram nümunəsi, həm də gələcək nəsillər üçün ilham mənbəyi adlandırıb.

Professor Ş.Əhmədovanın qızları Sevinc Məmmədova və Gülcamal Həsənova çıxışlarında analarının elmi və ictimai fəaliyyətindən, Səmərqəndlə bağlı şəxsi xatirələrindən söz açıblar. Onlar Şaqibə Əhmədovanın adının əbədiləşdirilməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonrakı çıxışlarda Şaqibə xanımın tələbələri professor Nurmahmetov Ruzbayev, dosent Fəridə Əhmədcanova, həmçinin Qızıl Aypara Cəmiyyətinin Səmərqənd vilayəti üzrə sədri Heydər Xolov, ictimai xadim Seyid Rza Əlizadənin nəvəsi Fərhad Əlizadə və digər iştirakçılar Şaqibə Əhmədovanın pedaqoji və insani keyfiyyətlərindən bəhs ediblər. Onlar onun elmə, təhsilə və ictimai həyata verdiyi töhfələri yüksək dəyərləndiriblər.

Qeyd edilib ki, Əhmədova Şaqibə İsmayıl qızı 1925-ci il sentyabrın 25-də Gəncə şəhərində müəllim ailəsində anadan olub. 1942-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq kursuna, 1943-cü ildə isə həmin institutun Baytarlıq fakültəsinə qəbul olunub. 1945-ci ildə təhsili davam etdirmək üçün Moskva Baytarlıq İnstitutuna köçürülüb və 1948-ci ildə oranı bitirib.

Ş.Əhmədova 1948-ci ildə Moskva Baytarlıq Akademiyasının aspiranturasına daxil olub və akademik İ.K.Skryabinin rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışaraq 1952-ci ildə dissertasiyanı uğurla müdafiə edib. Bundan sonra o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayıb, əvvəlcə parazitologiya kafedrasında assistent, 1956-cı ildən isə mikrobiologiya, baytarlıq ekspertizası və parazitologiya kafedrasında müəllim işləyib.

O, 1961-ci ildə Səmərqənd şəhərinə köçüb və V.V.Kuybışev adına Səmərqənd Kooperativ İnstitutunda (indiki Səmərqənd İqtisadiyyat və Servis İnstitutu) “Məhsulların ekspertizası” və “Mikrobiologiya” kafedralarında dosent, daha sonra isə professor vəzifələrində çalışıb. O, sözügedən ali təhsil müəssisəndə 1965-ci ildə “Mikrobiologiya və qidalanma fiziologiyası” kafedrasını açıb və onun ilk rəhbəri olub. Şaqibə Əhmədova 1967-ci ildə sözügedən institutun elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Şaqibə Əhmədova 1965-ci ilin iyun ayında “Ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının bioloji-bakterioloji əsaslandırılması (bağırsaq çöpləri üzərində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 1965-ci il dekabrın 18-də Leninqrad (Sankt-Peterburq) Baytarlıq İnstitutunun Elmi Şurasının qərarı ilə baytarlıq elmləri sahəsində Şərqdə ilk qadın elmlər doktoru elmi dərəcəsini alıb. Görkəmli alim Səmərqənd şəhərində iki çağırış ardıcıl olaraq şəhər Sovetinin deputatı seçilib. Bu illər ərzində o, yalnız elmi və pedaqoji fəaliyyəti ilə deyil, həm də ictimai işlərdə fəallığı ilə fərqlənib.

O, 1970-сi ildə Azərbaycana qayıdıb və 1984-cü ilə qədər Bakı Dövlət Universitetində onurğasızlar zoologiyası kafedrasının professoru vəzifəsində çalışıb. 90-a yaxın elmi əsərin müəllifi olan Şaqibə Əhmədova 2015-ci ildə Bakı şəhərində vəfat edib. Tədbirin bədii hissəsində yerli azərbaycanlı sənətçilər milli musiqilərimizi və muğamlarımızı ifa ediblər.

Yeni yaradılmış Azərbaycanşünaslıq auditoriyası yalnız professor Şaqibə Əhmədovanın xatirəsini əbədiləşdirməklə kifayətlənmir, həm də Azərbaycan mədəniyyətinin və tarixinin təbliği üçün mühüm mərkəz kimi fəaliyyət göstərəcək. Auditoriyada Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair nəşrlər, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş kitablar, milli atributlarımız, incəsənət xadimlərimizin portretləri və müxtəlif mədəniyyət nümunələri sərgilənir. Burada Azərbaycan dili dərslərinin təşkili, seminarlar və elmi-mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ