Azərbaycan Prezidenti İlham Əliyevin “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət yollayıb. Müraciətdə dövlətimizin başçısı qeyd edib ki, Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. SİTAT: "Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda, konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar."
Dövlətimizin başçısı qeyd edib ki, dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür.
Mətləb Salahov