Bazar ertəsi günü, 10 avqust 2026
     

OHANYAN SƏDDİNİ YARAN ŞAHNUR

Image


XOŞBƏXTLİYİ YAŞAYAN ŞAHNUR HÜSEYNOV

“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasıa görə” medalları, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
Şahnur atası Şahin Hüseynov Polşada hərbi xidmətdə olarkən dünyaya gəlib. 1991 – ci il noyabrın 30-da Belqrad şəhərində. Birinci Qarabağ savaşı başlayanda Şahin Hüseynov Vətənə qayıdır, ailəsiylə Cəlilabadın Göytəpə qəsəbəsindəki Hərbi şəhərcikdə məskunlaşır. Şahnur da orta təhsilinə Cəlilabadın Göytəpə qəsəbəsində başlayır. Sonra Şahin Hüseynov Ağcəbədidə və təqaüdə çıxana qədər isə Füzulidə hərbi xidmətinə davam edir. Şahnur da Füzulinin Mahmudlu 2 kənd tam orta məktəbində oxuyur. Hərbiçi ailəsində böyüyən Şahnur uşaqlıqdan hərbiçi olmaq arzusunda olub.

Bu haqda təkcə valideynləri, dostları deyil, Şahnurun fizka – riyaziyyat müəllimi Narınc xanım da danışdı. Onun Şahnurlu xatirələri ürəyimə doldu, yanaqlarımda iz saldı. İllərdi kəndinin ölüm qoxulu havasını içinə çəkə-çəkə yaşayır bu mərd azəri xanımı: Bir başqaydı Şahnur. Şagirdlərimi, sənətimi çox sevirəm, amma seçilən, ürəyimdə yeri olan şagirdlər olur. O, belə idi. Çox-çox dəyərliydi mənim üçün. Adətən uşaqlara “Kim olmaq istəyirsən?” sualını veririk. Həmişə “general” deyə cavablandırıb mənim balam. Ona arada “general” deyirdik. Kapitan oldu. Bilirəm ki, mütləq general olacaqdı. O elə general kimi döyüşüb. Müharibə bizim kənddən başlayır elə bil. Özüm də məscidin yaxınlığında yaşayıram. Kənddə qalan kişilər idi, yalnız dörd qadın qalmışdıq. İlk yaralılar, şəhidlər gəlirdi. Axşamüstü dayana bilmədim qadınlara “məscidə gedək” dedim. Elə bil hiss etdim ki, mənim Şahnurum ordadı. Onu şəhidlərin arasında görəndə inanmadım. Elə bilirdim Şahnur şəhid olmaz. Ailə ilə münasibətim var. Onlara xəbər vermədim. Yalan olar deyə düşündüm... Bu il doğum gününü onsuz qeyd elədik oxuduğu sinif otağında. Sinif yoldaşlarından bəziləri döyüşürdü, bəziləri gəlmişdi.

Şahnur Hüseynovun hərbiçi olacağənı hamı bilirdi.

8-ci sinifdən sonra C. Naxçıvanski adına hərbi liseyə daxil olur, oranı bitirib 2009- cu ildə H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır. Ali Hərbi məktəbdən sonra 2013-cü ildə taqım komandiri kimi hərbi xidmətə başlayır. 2016-cı il aprel hadisələrində, Lələtəpə yüksəkliyinin alınmasında qəhrəmanlığı ilə fərqlənir. Hərbi xidmətdə olarkən Yubiley medallları ilə təltif olunub. Beləcə arzusunda olduğu hərbiçi həyatını şərəflə yaşayır...
2017-ci ildə sevib-seçdiyi Gülyaz xanımla ailə qurur. Sonra daha bir ad alır: Əlinurun atası.

Taqım, bölük komandiri olan Şahnur taborun qərərgah rəisi kimi də seçilib: intizamı, çalışqanlığı, mədəniyyəti, savadı, təşkilatçılığı, cəsurluğu ilə seçilib.
Atası Şahinin əmiləri Böyük Vətən müharibəsində Berlinə qədər döyüş yolu keçənlərdəndir. Ata deyir ki, həmişə ona əmilərimi nümunə gətirərdim. Vətənpərvər ruhda böyüyüb Şahnur. Onunla bir hərbiçi, bir övlad, bir vətəndaş kimi fəxr edirəm. Övladım Vətən oğlu kimi öz borcunu yerinə yetirib, çünki o, təkcə ailəsinin deyil, Vətəninin övladı idi. Mərd yaşadı. Qəhrəman kimi yaşadı.

7 yaşlı Şahnurun himnimizi oxuyarkən çəkilən görüntülərini izlədim. Balaca Şahnurun dəqiq, səlist ifasından çox diqqətimi Şahin Hüseynovun qürur dolu baxışları, özündən razı üz ifadəsi çəkdi. Ata himnimizi ürəklə oxuyan oğluna elə baxırdı ki. Baxışlarından, üzündən “baxın mənim balaca oğlum Vətən himnini necə böyük ürəklə oxuyur” təbəssümü işıq səpirdi. Bu işıqda oğlunun oxumasından qürurlanan atadan çox, Vətən sevgisindən doğan nur vardı.

Mərd kapitanın anası Hüseynova Hədiyyənin sözlərini də heyranlıqla dinlədim: Şahnur tək mənim oğlum deyil ki. Astaranın, Fizulinin – bütün elin övladıdır. Onun dərdi-səri Vətən torpaqları idi. O, bütün arzularına çatmışdı. Oxumuşdu, xoşbəxt ailəsi vardı. Ən böyük arzusu Vətən azadlığını görmək idi. Həmişə deyirdi ki, lazım gəlsə Şəhid olaram, amma Torpaqlarımızı azad edərəm. O günü görsəm, bütün həyatım məna tapacaq. Üzürlü sayın, amma “Şəhid olacam” dedikcə, deyirdim elə demə. Anayam axı. O qədər inanırdı ki, torpaqlarımızın azad olacağına. Mən o qədər inanmırdım, amma o inanırdı. “Bu arzuma da çatacam” deyirdi. Çox ağırdı övlad itgisi. Bütün dərdlərdən ağırdı. Övlad itirən ananın ürəyi yaralıdı. Sağalmaz bu yara. Amma indi düşünürəm ki, oğlum xoşbəxt oldu doğurdan da, bütün arzularına çatdı. Hamının sevimlisi idi. Yaxşı oxuyurdu, yaxşı övlad idi. Uşaqlıqdan hərbiçi olmaq istəyirdi, arzusuna çatdı. Sevdiyi qızla evləndi. Xoşbəxt ailəsi vardı. Torpaqlarımızın azadlığı uğrunda Şəhid olmağa hazır idi. Bu arzusuna da çatdı. Mən bu gün tək Şahnurun anası deyiləm, bütün şəhidlərin anasıyam. Vətən uğrunda döyüşən bütün oğulların anasıyam”.

Nehmətov İlkin Şahnur Hüseynovun bölüyündə xidmət edib: ”Onun haqqında hamıya danışmaq istəyirəm, hamıya. Şəxsiyyət idi, əsil şəxsiyyət. Bütün heyətimiz onu sevirdi. İlk hücuma keçdi, düşmənin ön xəttini, müdafiə səddini yaran ilk qəhrəman oldu. Döyüş başlamazdan əvvəl bütün əsgərlərlə görüşdü:Bu günü illərdi gözləyirəm. Xoşbəxtəm.- dedi. Onun düzlüyünə, cəsarətinə heyrət edirdik. Onun qanını, bütün Şəhidlərin qisasını aldıq”.

2 güllə, 21 qəlpə yarası alan Abbasov Müşfiq: İnsan idi, İnsan. Çox savadlı, işini bilən igid idi. Nə deyim ki? Bütün əsgərlərinə sevgiylə, qayğıyla yanaşırdı. Döyüş başlamazdan əvvəl dedi ki, biz çox xoşbəxtik. Qələbə çalacayıq. Bu torpaqları azad edəcəyik. Bundan böyük xoşbəxtlik ola bilməz. Əslində Şahnur hücumda öndə getməyə, məsafədən bizi idarə edə bilərdi. Amma öndə getdi. Belə cəsur hərbiçilərin sayəsində qələbə çaldıq əslində.

Hər birimizin uşaqlıq arzuları olur. Böyüdükcə arzularımız böyüyür, dəyişir. Kiçik Şahnurun arzusu ğzündən əvvəl böyümüşdü, dəyişmədi. İnadla “Əsgər olacam. General olacam” – dedi.

“Vətən mənim namusum, qeyrətimdi. Onu sevmirəmsə bütün sevgilərim yalandı” deyirdi kapitan Şahnur Hüseynov. Düşmənin güvəndiyi Ohanyan səddini dağıtdı, döyüşlərdə göstərdiyi cəsurluq dastan oldu.
“Vətən mənim canımdı. Elə bilirəm torpaqlarımız yox, canımın parçası düşmən əlindədi. Onu azad etməsəm yarımcan, yarımçıq olacam həmişə. Bütün torpaqlarımızı almalıyıq”.

Doğru deyir Şahnur. Vətəni bütöv olmayanın özü də paramparçadı.
Belqradda doğuldu, Fizulidə böyüdü, Fizuli uğrunda döyüşlərin qəhrəmanı oldu. Düşmənin çox güvəndiyi Ohanyan səddini yardı – Qələbəyə yol açdı kapitan Şahnur Hüseynov. Sonda doğma kəndinə-Ərçivana qayıtdı.

Gülyaz xanıma sevgili həyat dostu, Əlinura qürur duyacaq Ata oldu. Şəbnəm və Şəhriyara əvəzsiz qardaş oldu Şahnur. Atası Şahin bəyin dediyi kimi vətənpərvər Azərbaycan oğlu oldu. Anası Hədiyyə xanımın dediyi kimi ən böyük arzusuna çatdı- xoşbəxt oldu.
Bədbəxtlər – özündən əvvəl xoşbəxtliyi ölənlər çoxdu. Özündən sonra xoşbəxtliyi yaşayanlar azdı - Şahnur Hüseynov kimi.

Kamalə Abiyeva



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

10.08.2026 / 17:54
Transxəzər Ticarət Fonduna ABŞ-dan 100 milyonlar axmağa başlayır...

10.08.2026 / 17:33
"NATO dağılır, Türkiyə çıxır" - Türkiyə-Səudiyyə-Pakistan sazişinin pərdəarxası...

10.08.2026 / 17:17
14 dövlətin "dəniz ittifaqının" ardınca Pakistan-Türkiyə-Səudiyyə Müdafiə Sazişi niyə imzalandı...

10.08.2026 / 17:12
Rusiya Suriyadakı bazalarına görə Bəşər Əsədi “qaytarır”...

10.08.2026 / 17:06
Avroparlamentdən Ərdoğan iqtidarına sərt sözlər – “...avtokratik bir addımdır”

10.08.2026 / 16:30
İran Hörmüz boğazının açılışı üçün yeni qiymət təyin etdi...

10.08.2026 / 16:22
8 avqust Vaşinqton sazişinin ildönümünü Moskva mütləq sükutla qarşıladı...

10.08.2026 / 16:11
Qara dənizdə Rusiya-Türkiyə ziddiyyətləri başladı - "su moratoriumu"...

10.08.2026 / 16:04
“İRƏVAN MƏSƏLƏSİ” – TARİXİ BƏLGƏLƏR İŞIĞINDA

10.08.2026 / 15:53
Marneulidə 8 avqust qəhrəmanlarının xatirəsi yad edilib

10.08.2026 / 15:50
“Azərbaycan – Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimatı keçirilib

10.08.2026 / 15:35
Tehran Xəzərdə vurulan İran gəmisinə görə Kiyevdən təzminat istədi…

10.08.2026 / 15:18
Serbiyadan Ukrayna müharibəsi ilə bağlı xəbərdarlıq - daha böyük müharibənin astanasındayıq…

10.08.2026 / 15:02
AZAL Naxçıvan reysləri ilə bağlı sərnişinlərə müraciət etdi

10.08.2026 / 14:47
Moldova dron hücumuna görə, Rusiyadakı səfirini geri çağırdı

10.08.2026 / 14:31
Şimali Koreya Rusiyaya 120 ballistik raket, 50 min əsgər göndərir… Zelenski Cənubi Koreyaya səsləndi - "Bizə kömək edin"...

10.08.2026 / 14:10
Azərbaycanla Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

10.08.2026 / 13:47
Xəzər Konsorsiumuna hücumlar dayanmır - Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini artıra bilər...

10.08.2026 / 13:29
Almaniya diplomat adı ilə ölkəyə sızmış 80-dən çox rus agenti deportasiya etdi…

10.08.2026 / 13:25
Fuad İsgəndərov Azərbaycanın Polşadakı səfiri təyin edilib

10.08.2026 / 13:23
Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi

10.08.2026 / 13:16
İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçişini rəsmən qadağan etdi…

10.08.2026 / 13:03
Husilər Səudiyyənin silah anbarlarına hücum etdi – çox sayda ölü və yaralı var…

10.08.2026 / 12:48
Yunus Oğuz – Tarixi romanın müasir nəfəsi

10.08.2026 / 12:35
Ukraynadan Tatarıstana kütləvi dron hücumu… Sənaye mərkəzi vuruldu - 12 ölü, 39 yaralı… - VİDEO

10.08.2026 / 12:32
Arxeoloqlar Azərbaycanda 3200 illik ritual mətbəx aşkar ediblər

10.08.2026 / 12:08
Tramp İranın artıq pulunun qalmadığını iddia etdi - "51 illik pis davranış”…

10.08.2026 / 11:22
Nazirlik kosmetoloqun işini alt-üst etdi - Baş Prokurorluğa da müraciət edildi...

10.08.2026 / 11:07
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

10.08.2026 / 11:05
Litvanın Baş naziri Prezident İlham Əliyevə zəng etdi

10.08.2026 / 10:48
Deputat Baş nazirin başına yumurta çırpdı - VİDEO

10.08.2026 / 10:32
Moskva rəsmən təsdiqlədi - Bakıda Rusiya və Almaniya arasında gizli görüş olub...

10.08.2026 / 10:15
DYP velosipedçilərə müraciət etdi - mobil telefondan istifadə yolverilməzdir...

10.08.2026 / 10:09
Xərçəng Baydenin "sümüklərinə işlədi" - oğlu hələ güclü olduğunu deyir

10.08.2026 / 09:41
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

10.08.2026 / 09:06
Rusiyada qızıl yatağında partlayış olub, ölən və yaralananlar var

09.08.2026 / 23:21
Rusiya və Suriya razılığa gəldi - Xmeymim və Tartusdakı rus bazaları təlim mərkəzinə çevrilir…

09.08.2026 / 22:51
Paşinyan Azərbaycan xalqına "8 avqust təbriki" içində düşmənçiliyini də ifadə etdi....

09.08.2026 / 21:35
XVIII-XIX əsrlərdə Bütöv Azərbaycan torpaqlarının tarixi-coğrafi təhlili...

09.08.2026 / 21:15
Dostuma məktub - Azərbaycan olaraq Türkiyə-Səudiyyə-Pakistan müdafiə ittifaqına qoşulmağa məhkum deyilik...

09.08.2026 / 16:50
ABŞ ilk dəfə olaraq Putinə də sanksiya tətbiq edir - layihənin arxasından bacı-qardaş senatorlar çıxdı…

09.08.2026 / 16:08
Polis istirahət zonalarında fasiləsiz xidmətini davam etdirir - FOTO

09.08.2026 / 15:22
Bir gün əvvəl Krasnodardan Ukraynaya raket atmış S-400 sistemləri məhv edildi…

09.08.2026 / 14:45
Bolqarıstanda qaz kəməri yaxınlığına dron düşdü - Ukrayna səfiri Bolqarıstan XİN-ə çağırıldı…

09.08.2026 / 13:54
Türkiyə də Ukraynaya verməyə başladı - 70 ATACMS raketi…

09.08.2026 / 13:16
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

09.08.2026 / 12:58
İran ABŞ-a Hörmüz boğazı ilə bağlı mesaj göndərdi - şərtlərimiz qəbul edilənə qədər…

09.08.2026 / 11:50
50 illik yubileyidir, yoxsa bu da yeni zarafatıdır...

09.08.2026 / 11:42
Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

09.08.2026 / 11:18
Rusiya Odessa və Çornomorsk limanlarına zərbələr endirdi…

09.08.2026 / 09:34
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır…

08.08.2026 / 21:20
İsrail İrana hücum etməyə hazırlaşır…

08.08.2026 / 20:53
Xocavənddə buldozer minaya düşdü - YENİLƏNDİ

08.08.2026 / 20:37
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb

08.08.2026 / 19:57
İrandan PUA ilə Füzuliyə keçirilən narkotiki satmaq üçün Bakıya gətirənlər Sabunçuda yaxalandı - VİDEO

08.08.2026 / 19:42
“Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu və TRIPP layihəsinə start verdi” - ABŞ dövlət katibi

08.08.2026 / 19:35
Prezident sülh gündəliyinə töhfələrinə görə Trampa minnətdarlığını bildirdi

08.08.2026 / 19:28
Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirdi

08.08.2026 / 19:20
Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

08.08.2026 / 18:57
"Tramp Azərbaycan və Ermənistan arasında sülhü təmin edib" - Rubio

08.08.2026 / 18:23
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoffdan 8 avqust paylaşımı...

08.08.2026 / 17:22
Hörmüzdə BƏƏ tankeri vuruldu - Əbu-Dabi İranı günahlandırdı…

08.08.2026 / 16:55
“Ermənistan "Rusiyaya qarşı qoç" kimi əhəmiyyətini itirən kimi Qərb onlara arxa çevirəcək” - Medvedev

08.08.2026 / 16:25
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla...

08.08.2026 / 16:08
Ukrayna dronları Rusiyada daha iki neft emalı zavoduna hücum etdi…

08.08.2026 / 15:41
Ukrayna ABŞ-a söz verdi - Qara dənizdə Qazaxıstan tankerlərinə hücum edilməyəcək…

08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…

08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı" - VİDEO

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - VİDEO

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür - Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:55
SDU rektorundan Sumqayıtlı abituriyentlərə çağırış

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ