çərşənbə axşamı günü, 21 aprel 2026
     

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi

Image


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının şanlı səhifəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasından 31 il keçir. Ötən bu illərdə Azərbaycanın tarixinə biri-birindən möhtəşəm səhifələrin yazıldığını bu günümüzdən dünənimizə baxış əsasında daha aydın şəkildə görür və bundan böyük qürur hissi keçiririk. “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Ümummilli Liderin gərgin səyi nəticəsində 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalandı. Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. “Əsrin müqaviləsi”nin Azərbaycanın dövlət müstəqilliyinin, iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində rolu böyükdür.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili bu məqamı da xüsusi vurğulayıb ki, neft strategiyasının hazırlanmasının ilk günündən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Gərgin səylər nəticəsində bu sazişin imzalanması reallığa çevrildi. “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümündə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması Azərbaycanın enerji sektorunun bu günümüz və gələcəyimiz üçün əsas amil olduğunu bir daha təsdiqlədi. Həmin imzalanma mərasimindəki çıxışında “O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır” söyləyən dövlət başçısı İlham Əliyev bir daha diqqəti “Əsrin müqaviləsi”nin imzalandığı dövrə yönəldərək bildirdi ki, bu saziş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb oldu. Yeni neft strategiyasının gerçəkləşməsi ilə ölkəmizin neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edildi. Neft strategiyasının uğurlu icrasında Azərbaycan Dövlət Neft Şirkətinin böyük rolu var. Həmin müqavilədən sonra çoxsaylı sazişlərin imzalanması da bunun təsdiqidir. Həmin sazişlər çərçivəsində Azərbaycanın neft-qaz sektoruna böyük həcmdə sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, müasir texnologiyaları tətbiq edən, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən modern şirkətdir. Hazırda Azərbaycan yalnız neft deyil, qaz, elektrik enerjisi ixracatçısı kimi də nüfuz qazanıb. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsi kimi tanınan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında güclənən mövqeyini möhkəmləndirir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr dünyanın enerji xəritəsində ölkəmizə strateji mövqe qazandırmaqla yanaşı, qlobal səviyyədə enerji təchizatının sabitliyinə də töhfə verdi. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. “Yeni əsrin müqaviləsi”nin imzalanması ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu sazişin “Yeni əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 25 faizə qaldırıldı. Qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər Ümummilli Liderin müəllifi olduğu neft strategiyası uğurla icra edilir, zənginləşir, yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır.

Milli Məclisin deputatı bildirib ki, “Əsrin müqaviləsi”nin 20 illiyində, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında bu layihənin rəsmi açılışı oldu, iyun ayında isə əsas seqmentlərindən biri olan TANAP istifadəyə verildi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihəni uğurlu sonluqla başa çatdırması hər zaman beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP istifadəyə verildi. Bütün bunlar “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən iqtisadi ilə yanaşı, siyasi tərəfinin xüsusi vurğulanmasına işıq salır. Çünki “Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil, eyni zamanda, siyasi zəmanət də qazandırdı. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin də məqsədi məhz elə Azərbaycanın müstəqilliyinin əbədi olmasını təmin etməkdən ibarət idi ki, ölkəmiz buna da nail oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın öz hesabına yaşamasında, iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da bu günümüzə hesablanmış mühüm addımlardandır. Fondun vəsaitləri hesabına ölkəmizin dayanıqlı inkişafı üçün mühüm sosial-iqtisadi layihələr icra edilir. İqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılır. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu hədəfi açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu sahədə ölkəmiz böyük uğurlar əldə edib. Azərbaycanın iqtisadi inkişafında neft-qaz sektorunun rolunu daim önə çəkən Prezident İlham Əliyev bu hədəfi də qarşıya qoydu ki, neft kapitalı insan kapitalına çevrilməlidir. Regionların malik olduğu potensialdan səmərəli istifadənin təmin edilməsi üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edildi. 4 Dövlət Proqramı uğurla icra olundu. Bölgələrin siması tamamilə dəyişdi. Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artdı. Mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı dünyada güclü və nüfuzlu dövlətə çevirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər dövrün çağırışlarını uğurla yerinə yetirir. Tarixi Zəfərimizdə, suverenliyimizin tam bərpasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu böyükdür. 1993-cü ildən başlanan yol Azərbaycanın hər bir sahədə uğurlu inkişafını təmin etdi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı qalib, bütövləşən ölkə kimi dünyaya təqdim edən 44 günlük İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror tədbirləri Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Tarixi Zəfərimizin, suverenliyimizin reallıqları fonunda Böyük Qayıdış Proqramının uğurlu icrası neft strategiyasının Azərbaycana qazandırdığı iqtisadi imkanların təqdimatıdır. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı günbəgün artır.

Vüqar Rəhimzadə bildirib ki, neft strategiyasının uğurlarını, 31 illik yolu bir yazıda tam əhatə etmək mümkün deyil. Bu günümüzün əsas çağırışlarından biri də bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir. Ölkəmizin ötən il ev sahibliyi etdiyi COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı olan COP29 ölkəmizin qarşısında geniş imkanlar açdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, COP29-la bağlı hədəflərimizdən biri Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, inkişaf etmiş ölkələr və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.

Millət vəkili Azərbaycanın enerji resurslarının təqdimatında əhəmiyyətli rol oynayan Neft-Qaz sərgilərinə də diqqəti yönəldib. Bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçilən 30 illik yolun ümumiləşdirilmiş ifadəsi oldu. Dövlət başçısı İlham Əliyev bildirdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edildi. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Bu reallıq xüsusi önə çəkildi ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı – “Neftçilər Günü” kimi qeyd olunur. Ölkə iqtisadiyyatının inkişafının əsası olan neft strategiyasının uğurlu icrasında neftçilərimiz böyük fədakarlıqlar göstərirlər. Onların zəhməti, əməyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir.

Millət vəkili günümüzün reallıqları fonunda bu ümumiləşdirməni aparıb ki, hər bir ölkənin inkişafında lider və düşünülmüş siyasət əsas faktordur. Möhkəm təməl daim davamlı uğurları qaçılmaz edir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

20.04.2026 / 23:09
Trampdan ŞOK ETİRAF – İrana təyyarə ilə milyardlarla dollar nağd pul göndərildi…

20.04.2026 / 21:18
Paşinyan Zəngəzur dəhlizi planını dəyişdi - yalnız İran müharibəsindən sonra...

20.04.2026 / 20:50
ABŞ erməni lobbisi TRIPP dəhlizinə qarşı mübarizəyə başladı...

20.04.2026 / 20:23
ABŞ mediası Trampın “kürkünə birə saldı” - İranla bağlı özünü aldatma...

20.04.2026 / 19:47
Nikahlarla boşanmaların statistikasında bu nə biabırçılıqdır?...

20.04.2026 / 19:20
Tramp İranla bu gün razılaşma imzalanacağını deyir, ancaq İran İslamabada getmir…

20.04.2026 / 18:41
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınadı

20.04.2026 / 18:10
“Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur” - Vüqar Rəhimzadə

20.04.2026 / 17:59
Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

20.04.2026 / 17:40
Vaşinqtonda gizli görüş – dollar çatışmazlığı ilə üzləşən BƏƏ Trampı Çinlə təhdid etdi…

20.04.2026 / 17:35
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi - FOTO

20.04.2026 / 17:26
Bəzi qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi

20.04.2026 / 17:23
Gömrük Komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN

20.04.2026 / 17:06
Bakıda 100 min bina sökülək? - RƏSMİ AÇIQLAMA...

20.04.2026 / 16:54
Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı təxribat - səfirlər XİN-ə çağırıldı...

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:15
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırdı...

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

19.04.2026 / 14:48
Ukrayna “Neptun” raketi ilə Taqanroqda Rusiyanın hərbi zavodunu vurdu

19.04.2026 / 14:22
Tramp ailəsi Tiflisdə 70 mərtəbəli lüks göydələn tikəcək…

19.04.2026 / 13:26
Türkiyədəki ildırım hadisəsi ilə Azərbaycanda baş verən analoji hadisələr arasında riyazi bağlılıq var...

19.04.2026 / 13:23
Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...

19.04.2026 / 11:19
İran spikerindən ABŞ-a açıq Hörmüz mesaj - İran gəmiləri keçə bilmirsə, digərləri də keçə bilməz…

19.04.2026 / 10:35
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

19.04.2026 / 09:42
Ceyhun Bayramov Tailanda getdi

18.04.2026 / 23:10
“1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi” fikrinə Rusiya mətbuatının riyakar münasibəti

18.04.2026 / 21:49
Kiyevdə naməlum şəxs mağazada insanları girov götürdü - ölən və yaralanan var…

18.04.2026 / 21:30
Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

18.04.2026 / 20:46
ABŞ Pakistan vasitəsilə İrana yeni təkliflər göndərdi…

18.04.2026 / 20:34
ABŞ-da sirli olay - gizli layihələr üzərində çalışan alimlər müəmmalı şəkildə yoxa çıxır…

18.04.2026 / 19:45
İrandan gətirilən narkotiki Bakıya aparanlar Beyləqanda yaxalandı

18.04.2026 / 19:20
Ukraynadan Rusiyaya ağır zərbə - Qara dənizdə üç hərbi gəmi vuruldu…

18.04.2026 / 18:56
Trampdan Hörmüzün yenidən bağlanmasına ilk reaksiya - Bizi şantaj edə bilməzlər…

18.04.2026 / 18:23
Livanla İsrail arasında atəşkəs pozuldu – fransız sülhməramlılar bombalandı…

18.04.2026 / 18:07
Zelenski Lukaşenkonu ABŞ-ın Maduronu oğurladığı kimi oğurlamaqla hədələdi

18.04.2026 / 17:52
Gəncədə sexdən 2 min manatlıq oğurluq edən şəxs saxlandı

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ