“Can Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında “Benfika”nı məğlub etdi. Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ilk qələbəsi idi. Bu uğur, zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir”.
Bu ifadələr Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun sosial media hesabındakı paylaşımında yer alır.
“Azadlıqdan bir neçə gün sonra bu videonu çəkmişdim. Baxın, Qarabağ futbolunda haradan-haraya gəlinib! Qürurvericidir! Səmimiyyətlə təbrik edirəm”,- deyə Zorlu Ağdamda çəkdiyi videokadrları paylaşımına əlavə edib.
SAMİRƏ