Cümə axşamı günü, 01 oktyabr 2026
     

Bir Ömürlük Xidmət: İmran Əbilovun İşıqlı Yolu

Image


Cəmiyyətdə elə şəxsiyyətlər var ki, onlar ömrünü xalqa və Vətənə həsr etsələr də, bu barədə danışmağı, öndə olmağı heç zaman sevmirlər. Onların təvazökarlığına baxmayaraq, gördükləri işlər, topluma verdikləri töhfələr, eləcə də müxtəlif sahələrin xüsusilə elmin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafındakı rolları gənc nəsillərə örnək olmalıdır. Bu səbəbdən də kənd təsərrüfatı sahəsində böyük iz qoymuş ziyalılardan biri İmran Rəşid oğlu Əbilovun həyat yoluna nəzər salmaq yerinə düşər. İmran Rəşid oğlu Əbilov kənd təsərrüfatı sahəsində dərin iz qoymuş, xalqına və torpağına sədaqətlə xidmət etmiş ziyalı və ictimai xadimdir.

23 oktyabr 1935-ci ildə Masallı rayonunun səfalı Mahmudavar kəndində dünyaya göz açan İmran Əbilov zəhmət və maarif yolu ilə addımlayan ziyalı, ictimai xadim, dəyərli kənd təcərrüfatı mütəxəssisidir. İlk təhsilini kənd məktəbində alan gənc İmran, 1954-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirərək, Boradigah kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Təhsil və zəhmətə sevgisi onu daha böyük hədəflərə aparıb. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü ilə və fərqlənmə diplomu ilə başa vurub. Ali təhsildən sonra doğma yurda dönən İmran müəllim, Həsənli kəndində yerləşən “Şən həyat” kolxozunda baş zootexnik kimi çalışaraq kənd təsərrüfatının inkişafına töhfə verib. Onun təşkilatçılıq bacarığı və idarəçilik qabiliyyəti 1959-1962-ci illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı, daha sonra isə Rayon Komsomol Komitəsinin birinci katibi vəzifələrində çalışarkən özünü göstərib. 1962-ci ilin martından Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində təşkilatçı kimi fəaliyyətini davam etdirən İmran Əbilov, 1963-1969-cu illərdə Masallı Rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışaraq bölgənin aqrar potensialının yüksəldilməsində mühüm rol oynayıb.

1969-1991-ci illər onun dövlət səviyyəsində fəaliyyətinin zirvəsi olub. Bu dövrdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, daha sonra isə Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini kimi məsuliyyətli vəzifələrdə çalışıb. 1991-ci ildən Azərquşsənaye Dövlət Şirkətində vitse-prezident vəzifəsini icra edib.

1997-ci ildən etibarən Nazirlər Kabinetinin Aqrar-sənaye şöbəsində baş məsləhətçi kimi dövlət qulluğunda fəaliyyətini davam etdirən İmran Əbilov, 2011-ci ildən etibarən dövlət qulluğu təqaüdçüsüdür. Onun həyat yolu - maarifə, zəhmətə və dövlətə sədaqətlə xidmət edən nümunəvi bir ömrün təcəssümüdür. İmran Əbilovun zəngin və mənalı fəaliyyət yolunun önəmli səhifələrindən biri də onun beynəlxalq və ittifaq miqyaslı tədbirlərdə Azərbaycanın layiqli təmsilçisi kimi çıxış etməsidir. Onun rəhbərlik etdiyi nümayəndə heyətləri təkcə ölkəmizin deyil, bütövlükdə SSRİ-nin kənd təsərrüfatı sahəsindəki mövqeyini ifadə edirdi. 1970-ci ildə Gürcüstanda keçirilən Kolxozçular qurultayına Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qatılan İmran müəllim, 1978-ci ildə Hindistanda təşkil olunan Beynəlxalq Camışçılıq Simpoziumunda artıq Sovet nümayəndə heyətinə rəhbərlik edirdi. 1979-cu ildə İsveçdə ölkəmizə həsr olunmuş ongünlük mədəni və iqtisadi tədbirlərdə iştirak etməsi, 1985-ci ildə isə Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresində Sovetlər İttifaqını təmsil edən yeganə nümayəndə kimi çıxış etməsi onun beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini sübut edirdi.

1989-cu ildə Bolqarıstanda keçirilən Beynəlxalq Federasiyanın Avropa Komissiyasının müşavirəsində, eləcə də SSRİ daxilində Penza, Səmərqənd, Belqorod və Qrenburqda təşkil olunan müxtəlif elmi-praktik tədbirlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən İmran Əbilov, iştirak etdiyi hər görüşdən sonra əldə etdiyi yeni bilik və təcrübələri respublikanın bölgələrində tətbiq etməklə kənd təsərrüfatının inkişafına real töhfələr verirdi. Bu səfərlər təkcə statistik göstəricilər deyil, eyni zamanda, bir alimin, bir peşəkarın və bir vətənpərvərin milli maraqlar uğrunda göstərdiyi ardıcıl səylərin təcəssümüdür. Bədii yaradıcılığı isə həyatın mənəvi qatlarına işıq salır. “Bir ömrün salnaməsi”, “Vətənə vurğun ömürdən səhifələr”, “Deyilən söz yadigardır” və “Xatirələrdə yaşayan insan” kimi kitablarında müəllif keçdiyi mənalı ömür yolunu, zamanın axarında tanıdığı insanları, ölkənin ictimai-siyasi həyatında şahid olduğu hadisələri oxucularla bölüşür. Bu əsərlərin əhəmiyyəti təkcə xatirə janrında deyil, həm də tarixi sənəd və vətənpərvərlik ruhu daşıyan bədii publisistik mənbə kimi dəyərlidir. Qeyd etmək yerinə düşər ki, “Bir ömrün salnaməsi” və “Vətənə vurğun ömürdən səhifələr” adlı kitablarında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərinə dəfələrlə yer verilməsi, müəllifin dövlətə və onun rəhbərlərinə olan dərin hörmətinin və sarsılmaz inamının parlaq ifadəsidir.

İmran Əbilovun zəngin elmi və ədəbi irsi onun çoxşaxəli dünyagörüşünün və vətənə bağlı ziyalı mövqeyinin təcəssümüdür. Onun qələmindən çıxan əsərlər yalnız ixtisas sahəsində deyil, həm də milli ruhun, vətəndaşlıq mövqeyinin güclü ifadəsidir. Elmi yaradıcılığı əsasən kənd təsərrüfatı və heyvandarlıq sahəsinə həsr olunub. O, Azərbaycanın təbii-iqlim şəraitinə uyğun damazlıq heyvanların yetişdirilməsi, saxlanılması və bəslənməsi ilə bağlı elmi əsaslara söykənən tövsiyələr hazırlamış, bu sahədə onlarla kitab və məqalə qələmə almışdır. 1975-ci ildə yazdığı “Azərbaycana gətirilən cins malların iqlimə uyğunlaşdırılması” və “Buzovların bəslənməsi” kimi əsərləri bu sahədə çalışan mütəxəssislər üçün faydalı vəsaitlər olmuşdur. 1985-cı ildə nəşr etdirdiyi “Nauçno-obosnovannaya sistema vedeniya jivotnovodstva” adlı fundamental elmi əsər isə Azərbaycanın elmi heyvandarlıq strategiyasının əsas bünövrələrindən biri sayılır. Onun müəllifi olduğu “Azərbaycanda qoyunçuluq”, “Azərbaycanda camışçılıq”, “Damazlıq heyvanların biologiyası və yetişdirilməsi” kimi dərslik və elmi vəsaitlər bu gün də gənc mütəxəssislərin stolüstü kitabıdır. Eyni zamanda, xarici alimlərin əsərlərinə verdiyi elmi rəylər də onun beynəlxalq elmi aləmdə qəbul edilən bir tədqiqatçı olduğunu göstərir.

İmran Əbilov yalnız kənd təsərrüfatının tanınmış mütəxəssisi kimi deyil, eyni zamanda ziyalılarla, elm və mədəniyyət adamları ilə qurduğu dərin mənəvi əlaqələrlə də fərqlənmiş bir şəxsiyyətdir. O, fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslərlə dostluq etmiş, fikir və düşüncə mübadilələri aparmışdır. Hələ Lənkəran Pedaqoji Texnikumunda oxuduğu gənclik illərində sevimli şairimiz Səməd Vurğunla məktublaşması, bu məktubların Azərbaycan Ədəbiyyat və İncəsənət Muzeyində qorunub saxlanılması onun ədəbiyyata, sənətə duyduğu ehtiramın göstəricisidir. Ədib Mehdi Hüseyn, şairlər Rəsul Rza və Bəxtiyar Vahabzadə, dramaturq İlyas Əfəndiyev, qəzəlxan Əliağa Bəkir, jurnalist və icmalçı Oruc Qoşqarlı, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı, Xalq artistləri Lütvəli Abdullayev, Canəli Əkbərov, Habil Əliyev, Sabir Mirzəyev, eləcə də qudası, böyük xanəndə Arif Babayev onun dostluq dairəsində olmuşlar. Şair Nəbi Xəzri, yazıçı Cəmil Əlibəyov, jurnalistlər Ağababa Rzayev, Rəfail Nağıyev, Əli İldırımoğlu ilə yaxın münasibətlər saxlamışdır.

Bu dostluq çevrəsi təkcə ölkə daxilində məhdudlaşmamış, beynəlxalq səviyyəyə də yüksəlmişdir. Braziliyanın keçmiş kənd təsərrüfatı naziri Antonio Kabrera, Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti X. Xinkovski, professor Alekso Alekseyev, SSRİ Kənd Təsərrüfatı Nazirinin müavini S. Kuznetsov kimi nüfuzlu şəxslərlə də tanışlıq və əməkdaşlıq onun elmi və ictimai nüfuzunu daha da möhkəmləndirmişdir. Bu görüşlər və dostluqlar barədə İmran Əbilovun müxtəlif kitablarında geniş şəkildə bəhs olunmuşdur.

1989-1991-ci illər… Azərbaycanın tarixinə ağır, eyni zamanda həmrəylik və fədakarlıq nümunələri ilə yazılan illər… Məhz belə bir dönəmdə İmran Əbilov Respublika Dövlət Aqrar Sənaye Komitəsi sədrinin göstərişi ilə işğal və təcavüzə məruz qalmış bir sıra bölgələrə - keçmiş Dağlıq Qarabağa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam rayonlarına göndərilmişdi. Bu səfərlər sadəcə xidməti tapşırıq deyildi. Vətənə, yurda, köməksiz insanlara səssiz bir sədaqətin ifadəsi idi.

İmran Əbilov o bölgələrdə təkcə kənd təsərrüfatı mütəxəssisi kimi deyil, həm də millətin ağrısını duyan bir ziyalı kimi çıxış etmiş, erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dayaq olmuş, onların yerləşdirilməsi, ehtiyaclarının qarşılanması istiqamətində əhəmiyyətli işlər görmüşdür. O günlərin ağrılı xatirələri, şahidi olduğu səhnələr, insanların çəkdiyi əzablar İmran Əbilovun “Vətənə vurğun” və “Ömürdən səhifələr” adlı kitablarında təsirli və real boyalarla qələmə alınmış, oxuculara bir tarix dərsi kimi təqdim olunmuşdur. Bu səhifələr təkcə bir ömrün deyil, bütöv bir xalqın yaddaşını daşıyan sətirlərdir.

1990-cı ilin iyun ayında ölkəni quraqlıq bürüdü, qaba yem ehtiyatları kəskin azaldı və bu, hər kəsi dərin narahatlığa sürüklədi. Respublika hökuməti Krasnodar bölgəsindən Azərbaycana 100 min ton qaba və qüvvətli yem gətirilməsi qərarını verdi. Lakin bu iş təkcə yemlərin alınması ilə bitmirdi, rayondakı nümayəndələr Krasnodarda öz təsərrüfatlarında yemi toplamalı, presləməli, sonra isə maşınlarla dəmir yolu stansiyalarına çatdırmalı və vaqonlarla ölkəyə göndərməli idilər. Bu, ağır və mürəkkəb iş idi, üstəlik Krasnodarda yaşayan erməni əhalisi məqsədyönlü şəkildə bu işin həyata keçməsinə mane olur, işçilərə qarşı təzyiqlər göstərirdi. Bu məsuliyyətli iş nazir müavini İmran Əbilova tapşırıldı. O, böyük məharətlə Krasnodarda vəziyyətə nəzarət etdi və cəmi bir ay ərzində respublikaya 110.0 min ton qaba və qüvvətli yem daşıyıb gətirdilər. İ.Əbilovun kənd təsərrüfatının inkişafında rolu saymaqla bitməz. Silajın - yəni mal-qaranın qida ehtiyatlarını qorumaq üçün torpağa basdırılan yemlərin-Azərbaycanda ilk dəfə tətbiqi, damazlıq işinin sənaye prinsiplərinə uyğun qurulması, mədəni otlaqların yaradılması, qoyunların yaylaq çatışmazlığı səbəbindən stasionar şəraitdə saxlanılması, gətirilən cins malların iqlimə uyğunlaşdırılması kimi uğurlar onun adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilirdi. O dövrdə bir inəkdən süd sağımı keçmiş SSRİ-də aşağı sayılan 650 kq-dan 2200 kq-a qədər yüksəldi və mal-qara cins tərkibi 96 faizə çataraq nadir göstəricilərdən biri oldu. İmran Əbilovun fəaliyyəti sayəsində Azərbaycana 300 min cins düyələr, 1 milyondan çox cins qoyun gətirildi və bu, ölkə rayonlarında heyvandarlığın keyfiyyətcə yeni səviyyəyə qalxmasına səbəb oldu. Heyvandarlıq sənaye əsaslarına keçərək, 200-ə yaxın iri heyvandarlıq kompleksi və quşçuluq fabrikləri inşa edildi. Xarici ölkələrdən gətirilən müxtəlif cinsli mallar da ölkəmizin heyvandarlıq potensialını artırdı: Bolqarıstandan 1200 baş “Mürrah” camışı, Türkmənistandan 400 baş dəvə, Kubadan 200 baş zebu cinsli heyvanlar və digər ətlik cinsli mallar ölkə təsərrüfatlarında yetişdirildi. Hər il Azərbaycana Sovet hökuməti tərəfindən ayrılan 1 milyon ton qüvvətli qarışıq yemə əlavə olaraq, İmran Əbilovun səfərləri sayəsində əlavə 200-300 min ton yem də təmin edilirdi ki, bu da heyvandarlığın inkişafında əvəzsiz rol oynadı.

İmran Əbilovun zəhmət və xidmətləri həm yerli, həm də ölkə səviyyəsində daim yüksək qiymətləndirilmişdir. Onun 60 ilə yaxın davam edən fəaliyyət dövründə rəhbərlik tərəfindən göstərilən etimad və hörmət hər zaman bariz şəkildə özünü göstərmişdir. Masallıda işlədiyi illərdə xalq arasında dərin ehtiram qazanmış, bu gün də yaşlı nəsillə sıx əlaqələrini qoruyub saxlamışdır. 1965-ci ildə Masallıda “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, nazir müavini olduğu dövrdə isə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, yubiley medalları, eləcə də Xalq Təsərrüfatı Sərgisinin medalları və diplomları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı və “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı onun fəaliyyətinə verilən yüksək qiymətdir. Bundan başqa, İmran Əbilov keçmiş SSRİ-də Ümumdünya Buffalo Federasiyasının Daimi Komitəsinin yeganə üzvü kimi seçilmiş və Federasiyanın Qızıl medalı ilə təltif olunmuşdur. O, həmçinin keçmiş SSRİ Damazlıq Şurasının fəal üzvü və Zebuçuluq üzrə həmin Şuranın həmsədriseçilmişdir. Bu yüksək rütbələr onun peşəkarlığını və ölkənin kənd təsərrüfatı sahəsindəki nüfuzunu göstərir.

2011-ci ildə dövlət qulluğundan təqaüdə çıxdıqdan sonra belə, İmran Əbilov ictimai fəaliyyətini davam etdirərək, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətində (2013-2020) aktiv üzv olmuş, hazırda isə Respublika Əmək, Müharibə və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətində təmsil olunur. Respublika Nazirlər Kabinetində çalışdığı illərdə, xüsusən 2005 və 2010-cu illərdə, onun əməyinə rəhbərlik tərəfindən yüksək qiymət verilib, təşəkkürnamələr və pul mükafatları ilə təltif olunmuşdur. Masallı rayonunda isə uzun müddət Ağsaqqallarla sıx əməkdaşlıq etdiyinə görə 2023-cü ildə rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə şərəfləndirilmişdir.

O, həmçinin Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley medalı ilə təltif olunub. Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsində, vətənpərvərlik duyğusunun gücləndirilməsində və ordu ilə xalq arasında mənəvi birliyin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə qiymətləndirilib. Veteranlar hərəkatının inkişafında göstərdiyi töhfələrə görə həmçinin Beynəlxalq Veteranlar İttifaqının Fəxri Fərmanları ilə də təltif edilmişdir.

İmran Əbilov həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin seçki kampaniyalarında aktiv şəkildə iştirak edərək, zəruri təbliğat işlərini uğurla həyata keçirmişdir. Bu gün də o Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətin mətbuatda işıqlandırılması üçün səylə çalışır.

Birinci Qarabağ müharibəsinin qazisi olaraq, Vətənə bağlılığı və torpağa sədaqəti ilə daim seçilmişdir. O, 44 günlük Vətən müharibəsi zamanı da bu mövqeyindən geri çəkilməmiş, xüsusilə gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında fəal iştirak etmişdir. İmran Əbilovovun keçdiyi həyat yolu, mübarizə təcrübəsi və milli dəyərlərə bağlılığı bu işdə əsas örnək rolunu oynamışdır. İmran müəllim bu mühüm missiyanı bu gün də davam etdirir, gənc nəslə vətən sevgisi, milli ruh və dövlətə sədaqət hisslərinin aşılanmasında yorulmadan çalışır.

İ.Əbilov özünü Ulu Öndər Heydər Əliyev məktəbinin yetişdirdiyi dəyərli şəxsiyyət hesab edir və bundan qürur duyur. O, dövlətçiliyə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə sarsılmaz sədaqətini daim əməlləri ilə təsdiqləmiş, bu yolda bundan sonra da yorulmadan çalışmaqda qərarlıdır. İmran Əbilov özünü Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi hesab edir və bu mənəvi bağlılıqla hər zaman fəxrlə yaşayır. Onun həyat fəlsəfəsinin, fəaliyyət yolunun və dövlətə xidmət prinsipinin formalaşmasında dahi rəhbərin ideyaları mühüm rol oynayıb. İ.Əbilov bu məktəbdən aldığı tərbiyə və dövlətçilik ənənələrini yalnız özü yaşatmaqla kifayətlənməyib, eyni zamanda onu gənc nəslə aşılamaq üçün daim çalışıb.
O, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, xüsusilə də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafı istiqamətində aparılan islahatlara sonsuz inam və sədaqətlə yanaşır. Bunu o, təkcə sözlə deyil, illərlə gördüyü ictimai və peşəkar fəaliyyəti ilə dəfələrlə sübuta yetirib.

İ.Əbilov dövlətçiliyin keşiyində durmağı bir vətəndaşlıq borcu kimi qəbul edir və bu amal uğrunda bundan sonra da əzmlə çalışacağını qətiyyətlə bildirir. Onun bu mövqeyi həm öz nəsli, həm də gələcək nəsillər üçün nümunəvi və vətənpərvərliklə yoğrulmuş bir örnəkdir.

Şəmsiyyə Əliqızı




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ