Mətləb Salahov: Vaşinqtonda imzalanan sənəddə ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini istisna edən maddə var”
“Nikol Paşinyanın son bir ay ərzində həm Vaşinqtonda, həm də bu yaxınlarda Çində keçirilən beynəlxlq tədbirdə özünü son dərəcə sülshevər lider kimi gözə soxması hələ hər şey demək deyil. Əvvəla, N.Paşinyan hiyləgər erməni xislətinə sahib birisidir və onun sülh ritorikasından o tərəfə bircə addım da atmaması dediklərimi tamamilə sübuta yetirir. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən görüşdən üzü bu yana rəsmi İrəvan Sülh Sazişi üçün bircə addım da atmayıb. Həttda mən deyərdim ki, bir sıra məsələlərdə hazırkı Ermənistan hakimiyyətinin öz daxilində parçalanma var. Xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan Konstitusiyasında təcavüzkar maddələrin dəyişilməyəcəyi barədəki soon açıqlaması da düşündürücüdür”. Bu barədə “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib.
M.Salahov bildirib ki, Vaşinqton görüşündə iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.17 bənddən ibarət olan mətndə mühüm məqamlar yer alıb, onlardan biri də ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini istisna edən 7-ci maddədir.
“Həmin sənəddə qeyd olunub ki, tərəflər ümumi sərhəd boyunca üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcəklər: “Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”.
Bu o deməkdir ki, regiondakı Avropa İttifaqı (Aİ) müşahidəçiləri artıq Ermənistanın sərhədyanı rayonlarını tərk etməlidirlər. Lakin bu istiqamətdə bircə real addımı müşahidə edirikmi?-qətiyyən!
Üstəlik Avropa İttifaqından daha bir həyasız bəyanat səsləndirilib. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos erməni mediasına bildirib ki, “Aİ mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək, hazırda heç bir dəyişikliyə ehtiyac yoxdur.” Bu açıqlama nəyi göstərir? Nə Qərb, nə də sülh barədə bəlağtli kampaniya quran N.Paşinyan həqiqi sülh üçün tələsmir”.
Namiq Quliyev