Baş prokuror Kamran Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş prokuror cari il sentyabrın 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Mətləb Salahov